AZ |
ELEKTRON MÜRACİƏT
QAYNAR XƏTT
104 / 185
|   Təbii qazdan istifadə zamanı təhlükəsizlik qaydalarına ciddi riayət edilməlidir.   |
BORCUNU ÖYRƏN
ƏN ÇOX VERİLƏN SUALLAR
ONLAYN ÖDƏNİŞ
   
Yeni abonent olmaq istəyirsinizmi?
   
Smart tipli sayğac koda düşdükdə nə etməli?

Haqqımızda

 

1. “Azəriqaz” İstehsalat Birliyi

Аzərbаycаn nеft-qаz sənаyеsi çох şərəfli tаriхi bir yоl kеçmişdir. Vətənimiz Odlаr Yurdu Аzərbаycаn tаriх bоyu bütün dünyаdа ən qədim nеft-qаz diyаrı kimi tаnınmış, dünyа nеft-qаz sənаyеsinin inkişаfınа dаnılmаz tövhələr bəхş еtmişdir.  Ölkəmizdə təbii qazdan istifadə uzun tarixə malik olsa da, qаz təsərrüfаtı 1920-ci ildən inkişaf etməyə bаşlаmışdır. Bu sаhənin mərkəzləşdirilmiş qаydаdа idаrə оlunmаsı məqsədilə 1923-cü ildə «Аznеft» İstеhsаlаt Birliyinin Əmtəə İdаrəsinin nəzdində qаzın hаsilаtı və işlənilməsi üzrə köməkçi şöbə yаrаdılmışdır. Bununlа dа, Аzərbаycаndа qаz təsərrüfаtının təməli qоyulmuşdur. 1936-cı ildə «АzQаz» trеsti, 1958-ci ilin fеvrаl аyındа Аzərbаycаn SSR Kоmmunаl təsərrüfаtı Nazirliyi nəzdində «Bаşqаz» İdаrəsi, bu İdаrənin strukturu təkmilləşdirilərək ulu öndərimiz Hеydər Əliyеv dövlət bаşçısı sеçildikdən iki аy sоnrа 1969-cu ilin аvqust аyındа Hökümət yаnındа «Bаşqаz» İdаrəsinə çеvrilmişdir. 1983-cü ildə «Bаşqаz» İdаrəsinin bаzаsındа Dövlət Qаzlаşdırmа Kоmitəsi yаrаnmışdır. Bu Kоmitə 1989-cu ildə Аzərbаycаn Dövlət Yаnаcаq Kоmitəsinə birləşdirilmişdir. SSRİ-nin sükutundаn sоnrа 1992-ci ildə Аzərbаycаn Dövlət Yаnаcаq Kоmitəsi, «Аzəriqаznəql» İstеhsаlаt Birliyi və Аzərbаysаn Еlmi-Tədqiqаt Lаyihə İnstitutu bаzаsındа «Аzəriqаz» Dövlət Şirkəti, 1996-cı ildə «Аzəriqаz» Qаpаlı Səhmdаr Cəmiyyəti yаrаdılmış, 2009-cu ilin iyul аyındа Аzərbаycаn Rеspublikаsı Prеzidеntinin nеft və qаz sənаyеsinin idаrəеtmə mехаnizmlərinin təkmilləşdirilməsi hаqqındа Sərəncаmı ilə «Аzəriqаz» Qаpаlı Səhmdаr Cəmiyyəti yеnidən təşkil оlunаrаq АRDNŞ-nin tərkibinə vеrilmiş və hal-hazırda SOCAR-ın tərkibində öz fəаliyyətini «Аzəriqаz» İstеhsаlаt Birliyi kimi dаvаm еtdirir.

İstehsalat Birliyi Azərbaycan Respublikası ərazisində təbii qazı təchizat nöqtələrindən qəbul edərək, paylanması və satışını həyata keçirir. Tərkibində Təmir-tikinti İdarəsi, Anbar təsərrüfatı və digər istehsalat funksiyalarını yerinə yetirən İdarələri, Departamentləri və Sahələri birləşdirən Birlikdə alim, mühəndis, qulluqçu və texniki heyətdən təşkil olunmuş əməkdaşlar çalışır. İstehsalat Birliyi ölkəmizin bütün regionlarını əhatə edən 1,8 milyondan çox istehlakçını təbii qazla təmin edir. Bu funksiyanın icrası üçün qaztənzimləyici məntəqələrdən və şkaflardan, boru kəmərlərindən və digər çoxsaylı texniki-texnoloji obyektlərdən ibarət olan mürəkkəb qazpaylama sisteminin optimal idarəetmə mexanizmi mövcuddur. SOCAR tərəfindən sahənin yenidən qurulması və istehsalatın müasir tələblər səviyyəsində təşkili istiqamətində həyata keçirilən geniş proqram çərçivəsində “Azəriqaz” İB tərəfindən yeni layihələr üzərində intensiv iş aparılır.

Birliyin fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi, Beynəlxalq standartlar, digər normativ aktlar, SOCAR-ın bu sahədə daxili normativ sənədləri və Birliyin Nizamnaməsi əsasında tənzimlənir.

 

2. Missiya və məramımız

Missiyamız

“Azəriqaz” İstehsalat Birliyinin missiyası Azərbaycan Respublikası ərazisində qaz şəbəkəsinin təhlükəsiz istismarını təmin etmək, ətraf mühitə ziyan vurmamaq, təbii qazdan istifadə edən bütün istehlakçıları fasiləsiz,keyfiyyətli və təhlükəsiz qaydada təbii qazla təchiz etməklə müştəri məmnuniyyətinə nail olmaqdan ibarətdir.

Məramımız

Respublika qanunvericiliyinin və beynəlxalq standartların tələblərinə uyğun olaraq qaz təsərrüfatının inkişafına   müsbət təsir edən qabaqcıl metodlardan istifadə etməklə müasir texnika və texnologiyaların tətbiqinə nail olmaq və davamlı inkişafı təmin etmək.

 

3. 104/185 nömrəli Çağrı mərkəzi

"Azəriqaz" İstehsalat Birliyinin “104 Operativ Xidməti” çağrı mərkəzi qanunçuluğun təmin edilməsi, müraciətlərin obyektiv araşdırılması və cavablandırılması, sui-istifadəəməllərinin qarşısının alınması, fəaliyyətin təkmilləşdirilməsi üçün təhlillərin aparılması və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi ilə təşkil olunmuşdur.

Qaynar Xətt müasir texnologiyaya əsaslanan texniki və rabitə vasitələri bazasında yaradılmış idarəetmə sistemi vasitəsilə qəza, sızmalar, fövqəladə hallar və digər hadisələr barədə vətəndaşlardan və aidiyyəti qurumlardan daxil olmuş məlumatların fasiləsiz qəbulu, qeydiyyatı və işlənməsindən, məlumatların xarakterindən asılı olaraq informasiya şəbəkəsi vasitəsilə aidiyyəti üzrə ötürülməsindən, yönləndirilmiş məlumatlar üzrə xidmət sahələri tərəfindən icranın operativliyini tələb etməkdən, qaz ilə əlaqəli olan qəza və hadisələrin mərkəzləşdirilmiş şəkildə aradan qaldırılmasına nəzarət etməkdən, məlumatların ümumililəşdirilməsi, habelə daxil olmuş zənglər üzrə statistik hesabatların hazırlanmasından, abonentlərə smart tipli sayğaclardan istifadə qaydaları barədə məlumatların verilməsindən, hadisələrin əsas xüsusiyyətləri, məlumat üzrə həyata keçirilən ilkin və sonrakı tədbirlər, habelə onların nəticələri barədə məlumat bazasının yaradılmasından, zəng edənin nömrəsinin avtomatik müəyyən olunmasından, hadisə barədə daxil olan məlumatın qiymətləndirilməsindən, daxil olan və çıxan bütün məlumatların qeydiyyata alınması və sənədləşdirilməsindən (səs yazma, arxivləşdirmə və s.) ibarətdir.

Çağrı mərkəzinin təyinatı:

Qəza halları (qaz sızması, dəm qazı, dəm qazından zəhərlənmə, partlayış, yanğın)  barədə daxil olan müraciətlərin  operativ şəkildə qəbul edilərək aidiyyatı üzrə ötürülməsi,  o cümlədən Azəriqaz İB-nin fəaliyyəti ilə bağlı (səlahiyyətlərinə dair) sualların (sorğuların, habelə elektron xidmətlərin göstərilməsi ilə bağlı müraciətlərin) birbaşa və ya araşdırıldıqdan sonra cavablandırılması, şikayət və təkliflərin qəbulu və yönləndirilməsindən ibarətdir.

Zəng Çağrı mərkəzinin iş rejimi:

Respublika ərazisinin qaz təsərrüfatında baş verə biləcək fövqəladə halların və bu kimi hadisələrin qarşısının operativ alınması və nəticələrinin aradan qaldırılması işlərinin koordinasiya olunması məqsədilə “104 Operativ Xidməti” çağrı mərkəzi 24 saat fasiləsiz iş rejimində fəaliyyət göstərir. Növbə ərzində FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin “112 zəng mərkəzi” ilə daim qarşılıqlı məlumat mübadiləsi aparılır.

Əlaqə nömrələri:

Bakı şəhəri və Abşeron rayonu ərazisində Çağrı Mərkəzinə stationar və mobil telefonlardan "104" nömrəsinə, Respublikanın digər regionlarında mobil telefonlardan "(012)104" nömrəsinə edilən zəng və danışıq, habelə bu zaman Çağrı Mərkəzi tərəfindən göstərilən xidmətlər ödənişsizdir.

right

right


2016      All rights reserved