AZ |
ELEKTRON MÜRACİƏT
QAYNAR XƏTT
104 / 185
|   Təbii qazdan istifadə zamanı təhlükəsizlik qaydalarına ciddi riayət edilməlidir.   |
BORCUNU ÖYRƏN
ƏN ÇOX VERİLƏN SUALLAR
ONLAYN ÖDƏNİŞ
   
Yeni abonent olmaq istəyirsinizmi?
   
Smart tipli sayğac koda düşdükdə nə etməli?

Sayğaclar üzərində işarələr və xəbərdarlıq təhlükəsizlik kodları

 

 Sayğacda yaranan işarələr və xəbərdarlıq ALARM kodları


Açıq Klapan:

 

 Bağlı klapan


Açıq klapan:

Klapan açıq olanda bu təsvir LCD ekranında göstərilir. Bu göstərir ki, sayğacda hələ də qaz həcmi var və sayğac vasitəsilə qaz ötürülür.

Bu müntəzəm vəziyyətdir; Sayğac yüklənmiş həcmdən istifadə edir.

Açıq klapan işarəsi sayrışır+təhlükə siqnalı:

Əgər sızma müşahidə olunarsa, bu işarə və sözlə yazılmış “ALARM” xəbərdarlığı ekranda göstərilir. Sızma testinin hər klapan açılışında həyata keçirilməsi vacibdir. Mavi düymə basılaraq quraşdırılmada sızma aşkar olunmadığı təqdirdə sayğacın klapanı ehtiyatla açılır.

Əgər sızma testi heç bir sızma müşahidə edilmədən müvəffəqiyyətlə bitərsə, klapan tamamilə açılır və sayğac normal olaraq istifadə edilə bilər.

Qeyd: Hər dəfə azalmış qalıq həcminə müvafiq olaraq klapan bağlandığında, sızma testi olunması vacib sayılır

Əgər testin nəticəsi uğursuz olarsa, klapan bağlanılacaq və sayğac quraşdırılması yoxlanılmalıdır.

Mavi düyməni basmaqla klapan yenidən açılır və sonra hər klapan açılışında sızma testi yenidən  edilir.

 

Bağlı Klapan:

Qalıq həcmi istehlak olunduğuna görə, klapan bağlanılır və “bağlı klapan” işarəsi ekranda göstərilir. İstehlakçı ödəniş məntəqsinə getməli və müəyyən olunmuş həcmi kartına yükləməlidir.

Evə qayıdanda, istifadəçi kartı sayğaca daxil etməli, sızma testi yoxlanıldıqdan sonra, sayğacı normal şəkildə istifadə edə bilər.

Bağlı klapan işarəsi sayrışır+təhlükə siqnalı:

Sayğacdan keçən qazın həcmi 1,2 *Qmax.-dan artıq olduqda ekranda bu işarə və sözlə yazılmış ALARM göstərilir.Sızma testi əlavə xərcin və həmçinin də təhlükəsizliyin təmin olunmasına şərait yaradır.

Mavi düyməni basdığımız zaman klapan yenidən açılır və hər klapan açıldığında sızma testi həyata keçirilir.

Digər işarələr:            

Sizin sayğacınız söndürülüb və “ALARM” işarəsi ekranda əks edilir.           Nə üçün?

 

1.  Qaz istehlakı zamanı sızma testi

Sayğac işə qoşulan zaman, bütün cihazların söndürülmüş olduğu güman edilir.

Əgər 180 saniyə ərzində sızma testi zamanı sayğac qaz istehlakını aşkar edirsə, bu o deməkdir ki, mənzildə qaz cihazları hələ də işləyir.

Bu halda, bütün cihazları yenidən  yoxlayın və əmin olun ki, onlar tamamilə bağlıdırlar.

Gözləyin, təsvir yenidən peyda olacaq və əməliyyat təkrar başlayacaq.

Əgər problem yenidən baş verirsə, Bakı Regional qaz ölçü qurğularına xidmət Departamentinə müraciət edin.

               

2.  Artıq təzyiq (bağlı klapan işarəsi sayrışır)

Maksimal qaz axını artmışdır. Sayğac bağlanır.

Siz Bakı Regional qaz ölçü qurğularına xidmət Departamentinə müraciət etməmişdən əvvəl, bütün cihazların uyğun şəkildə bağlı olduğunu yenidən yoxlayaraq testi təkrar edin. (yuxarıda qeyd olunmuş qaydalara uyğun olaraq)

               

3. Başqa təhlükə siqnalları

 Bu hallarda Siz bilabasitə Bakı Regional qaz ölçü qurğularına xidmət Departamentinə  müraciət etməlisiniz.

                

 

Sağ tərəfdə olan rəqəmlər həyəcan siqnallarının növünü göstərəcək:

             1.Alarım1:  Zavod plombuna mudaxilə.

             2.Alarım2:  Batareyanın bitməsinə 30% dən az qalıb.

             3.Alarım3:  Smart kart interfeysində qisa qapanma aşkar edilib.

             4.Alarım5:  Geriyə axın müşahidə edilib.

             5.FO-44:    klapan hər hansı səbəbdən bağlanmayıb.

 


2016      All rights reserved