AZ |
ELEKTRON MÜRACİƏT
QAYNAR XƏTT
104 / 185
|   Təbii qazdan istifadə zamanı təhlükəsizlik qaydalarına ciddi riayət edilməlidir.   |
BORCUNU ÖYRƏN
ƏN ÇOX VERİLƏN SUALLAR
ONLAYN ÖDƏNİŞ
   
Yeni abonent olmaq istəyirsinizmi?
   
Smart tipli sayğac koda düşdükdə nə etməli?

Qaz sayğaclarının cıxarılması halları və Dövlət qeydiyyatına göndərilməsi

1.      Qaz sayğaclarının çıxarılması.

 

1.1 Əhali abonenlərinin mənzillərində quraşdırılmış sayğaclar aşağıda göstərilən hallarda qaz xəttinin üzərindən çıxarıla bilər:

-Sayğacın hesablayıcı mexanizminə, hesablayıcı mexanizminin və birləşmələrinin plomblarına müdaxilə olunduqda, növbədənkənar Dövlət yoxlamasına göndərilməsi üçün;

-Sayğac düzgün işləmədikdə (sayğacdan qaz keçmədikdə, aşağı sərfiyyatı qeyd etmədikdə, hesablama mexanizmi dayandıqda, elektron hissəsi işləmədikdə, işlək vəziyyətdə müəyyən səslər gəldikdə) növbədənkənar Dövlət yoxlamasına göndərilməsi üçün;

-Mənzil daxilində və ya həyətlərdə quraşdırılmış sayğaclar kənara çıxarıldıqda;

-Sayğaclar yeni müasir tipli sayğaclarla əvəz edildikdə;

-Sayğac faktiki sərfiyata uyğun olmadıqda;

- Sayğacın növbəti Dövlət yoxlamasının vaxtı çatdıqda;

-Sayğacın birləşməsində sızma aşkar olunduqda.

1.2 Qaz sayğaclarına yerində baxış zamanı təbii qazdan qanunsuz istifadə halları (sayğaca, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin və ya sayğacın yivli birləşməsinə vurulmuş plomba müdaxilə olunduqda) aşkar edildikdə, qaz təminatı dərhal dayandırılır. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar istehlakçı tərəfindən aradan qaldırıldıqdan sonra, qazın verilməsi bərpa edilir.

1.3 Qaz sayğaclarının növbəti Dövlət yoxlanılmasından keçirilməsini Azəriqaz İB-nin müvafiq stuktur bölmələri tərəfindən müvafiq qaydada təmin edir. İstehlakçının arzusu ilə və ya müdaxilə hallarında qaz sayğacının Dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

1.4 Qeyri-iş saatlarında qaz sayğacının normal işləməsində hər hansı bir nasazlıq, sızma və s. barədə Azəriqaz İB-nin müvafiq stuktur bölmələrinə daxil olan məlumatlar qeydiyyata götürülərək dərhal yerində araşdırılır. Plombun qırılmasına və ya sayğacın dəyişdirlməsinə zəruriyyət yaranarsa qaz təminatı dayandırılır və növbəti iş günü ərzində müvafiq qaydada tədbir görülür.

1.5 Hər hansı bir təbii fəlakət nəticəsində yararsız hala düşən qaz sayğacı Azəriqaz İB-nin müvafiq stuktur bölmələri tərəfindən əvəzlənir.

 

2.      Dövlət yoxlamasına gətirilən sayğacların qeydiyyatı və sənədləşdirilməsi.

 

2.1   Sayğaclar xətdən açıldıqdan sonra 10 iş günü (Bakı, Sumqayıt, Abşeron üzrə 5 iş günü) müddətində “İnformasiya Texnologiyaları və Rabitə İdarəsinə” gətirilir.

2.2     Dövlət yoxlamasına gətirilən sayğacın, qəbul edilərkən göstəricisi və plombların nömrəsi siyahıda göstərilən rəqəmlərə uyğun olmadıqda xüsusi qeydiyyat aparılır və “İnformasiya Texnologiyaları və Rabitə İdarəsi” tərəfindən “Azəriqaz” İstehsalat Birliyinə məlumat verilir.

2.3   İstehlakçının istəyi ilə qaz xəttinin üzərindən açılmış sayğacının yoxlanılmasının bütün mərhələlərində, həmçinin sınaq qurğusunda iştirakı təmin edilir.

2.4   Sayğacların “İnformasiya Texnologiyaları və Rabitə İdarəsinə” daxil olan vaxtdan, 10 iş günü müddətindən gec olmayaraq Dövlət yoxlamasından keçirilməsi, sənədləşdirilməsi və “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsinə təhvil verilməsi təmin edilir.

2.5   İstismara yararsız hesab edilmiş (müdaxilə faktı aşkar olunmamış) və müdaxilə faktı aşkar olunmuş və ya hesabatı qeydiyyata almayan sayğaclara Azəriqaz İB-nin nümayəndəsinin iştirakı ilə müvafiq olaraq aktlar (bildirişlər və rəylər) tərtib edilərək, İnformasiya Texnologiyaları və Rabitə İdarəsi tərəfindən 7 iş günü müddətində (sayğacların qəbulundan sonra) “Azəriqaz” İstehsalat Birliyinə təqdim edilir (Əlavə 6 və Əlavə 7).

2.6   Aktların (bildirişlər və rəylər) müvafiq tədbirlər görülməsi, sayğacın bərpası və dəymiş ziyanın ödənilməsi məqsədi ilə istehlakçıya rəsmi məlumat təqdim edilir.

2.7   Abonent müdaxilə edilmiş və ya onun təqsiri nəticəsində sıradan çıxmış sayğaca görə dəymiş zərərin ödənilməsini təmin etməlidir. Yəni sayğacın dəyərini (bütün xərclər daxil olmaqla) “Azəriqaz” İstehsalat Birliyinin  hesabına ödəməlidir.

2.8   Abonent dəymiş zərəri “Azəriqaz” İstehsalat Birliyinin hesabına ödəmədikdə “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” nömrəli “AKT” tərtib edilərək, quraşdırılmış sayğac çıxarılır və həmin mənzilin qaz təminatı müvafiq qaydada dayandırılır.


2016      All rights reserved