AZ |
ELEKTRON MÜRACİƏT
QAYNAR XƏTT
104 / 185
|   Təbii qazdan istifadə zamanı təhlükəsizlik qaydalarına ciddi riayət edilməlidir.   |
BORCUNU ÖYRƏN
ƏN ÇOX VERİLƏN SUALLAR
ONLAYN ÖDƏNİŞ
   
Yeni abonent olmaq istəyirsinizmi?
   
Smart tipli sayğac koda düşdükdə nə etməli?

Smart sayğacın hissələri haqqında məlumat və texniki göstəriciləri

         Sayğacın təsviri və hissələri haqqında məlumat.

Texniki göstəriciləri.

“İTRON” firmasının istehsalı olan Smartkart tipli (əvvəldən ödənişli) diafraqmalı məişət qaz sayğacı təbii, aqressiv olmayan kiçik təzyiqli quru və təmiz qazların uçotunun aparılması üçün istifadə olunur.

Sayğac mexaniki ölçmə mexanizmindən, Smartkart ölçmə qurğusundan (elektron hissə), gövdədən, giriş və çıxış yivli birləşmələrdən, bağlayıcı klapandan və gövdənin daxilinə quraşdırılmış iki kameralı membrandan ibarətdir.

 

   Smart sayğacın üzərində olan Barkodun açılışı:

1.YY-Smart Sayğacın buraxılış ilini göstərir.

2.CC-Calibir cədvəlində olan məlumatı göstərir.

3.AZ1-Tətbiq ediləcək Ölkə kodunu göstərir.

4.X-PART Versiyasını göstərir.

5.01-İstehsalçı zavodunun idenfikasiya nömrəsini göstərir.

6.123456-Smart sayğacın nömrəsi göstərir.

 

Smart sayğacın zavod və elemet yuvasının möhürlərinin nümunəsi                   

  

 

 

 

 

 

 

 

 

  Şəkil 1. “İTRON” istehsalı olan Smart kart tipli diafraqmalı məişət qaz sayğacı

                 

         Sayğacın yuxarıdakı şəkil üzrə hissələri aşağıdakı kimidir:

1,2  giriş və çıxış yivli birləşmələr;Yivlər arasında olan məsafə 11 sm-dir;

3     hesablayıcı qurğunun qoruyucu örtüyünə vurulan xüsusi plomblar;

4     mexaniki hesablayıcı mexanizm; 8 rəqəmli

5     LSD ekranı;

6     informasiya düyməsi;

7     klapanın açılışı, kredit həcmindən istifadə düyməsi;

8     kart yuvası;

9     element yuvasının qoruyucu qapağı.

 

Texniki göstəricilər

Sayğacın markası

 

G-4

G-6

Maksimal qaz sərfi Qmax , m3/s

Nominal qaz sərfi  Qnom , m3/s

Minimal   qaz sərfi Qmin , m3/s

Təzyiq itkisi  Qmax , Pa (çox olmayaraq)

Təzyiq itkisi  Qmin , Pa (çox olmayaraq)

Hesablayıcı mexanizmin max. göstəricisi,m3

İstismar zamanı max. təzyiq, bar

6,0

4,0

0,040

200

60,0

99999,999

0,25

10,0

6,0

0,060

200

60,0

99999,999

0,25

 

Qeyd: elekton hissənin işləməsi üçün qida mənbəyi kimi “Saft” firmasının istehsalı olan LS26500 markalı 3,6V gücə malik elementdən istifadə olunur.

            Elementin  işləmə müddəti aşağıdakı şərtlər daxilində 9 ildir:

1.  Klapanın işləməsi ay ərzində 4 dəfədən çox olmayarsa.

2.  İstifadə olunmadıqda LCD ekran işləmirsə.

3.  Kartla əməliyyat  həftədə bir dəfədən çox olmayaraq aparıldıqda.

 

                                         5. Mütəxəsis  baxışı

       5.1. Xarici baxış

 - xarici baxış apararkən sayğacın komplektliyi  texniki sənədlərin   tələblərinə    cavab verməlidir;

 -  sayğacın üzərindəki markalanma dəqiq və asan oxunmalıdır;

 -  informasiya düymələri asan işləməlidir; üzərində heç bir zədə olmamalıdır.

 -  sayğacın boya örtüyü hamar olmalı, üzərində korroziya əlamətləri, cızıq   izləri, çatlar olmamalıdır. Yivli                  birləşmələrdə deformasiya olunmamalıdır.

 - sayğacın üzərində qazın hərəkət istiqamətini göstərən ox işarəsi olmalıdır.

 - sayğacın klapanının üzərində heç bir zədə və cızıq olmamalıdır.

 - istehsalçı zavod (yoxlayıcı müəssisə) tərəfindən hesablama mexanizminin örtüyünə vurulan xüsusi                       plombların üzərində və plomb yuvası ətrafında zədə, cızıq izləri olmamalıdır.

 - sayğacın çıxışında  plastmas boruda cızıq, sınıq, deşik əlamətləri, yad cisimlər olmamalıdır.

 - sayğac yuxarıda göstərilən tələblərə uyğundursa, sayğacın yoxlanması aşağıdakı ardıcıllıqla davam etdirilir.

 

 5.2. Sayğacın hesablama mexanizimindən gələn səs 42 db-dən çox olmamalıdır.

   -  mexaniki və elektron göstəricilərin eyni olması yoxlanılır.

5.3. Elektron hissədə aşağıdakı informasiyalar yoxlanılır:

      1. Reserv (qalıq) kreditin həcmi, m3

1

 

 

          61. 00

 

Şəkil 1._______________________________________

 

      2. Daxil edilmiş toplam kreditin həcmi, m3

2

 

 

 

263.00

Şəkil 2__________________________________________

     3. Tarix

1

 

 

 

 

 

10.06.13

Şəkil 3 _________________________________________

     4. Vaxt

 

 

1

 

08:53:42

Şəkil 4_________________________________________

     5. İstifadə olunmuş qazın ümumi həcmi, m3

 

 

 

00201,2m3

Şəkil 5__________________________________________

6. Mənfiyə gedərək borc kimi 10 və ya 16 bölməsinə düşən qaz həcmi, m3

 

 

10

500.00

Şəkil 6__________________________________________

 

 

     - Sayğaca daxil edilmiş toplam kreditin həcmi sərf olunmuş qazın həcmi və qalıq kreditin həcminin cəmi ilə eynilik təşkil etməlidir. Sayğacın mexaniki və elektron gösrəriciləridə eyni olmalıdır.

5.4. Klapanın vəziyyətinin yoxlanılması üçün aşağı təziqlı hava nasosu vasitəsi ilə sayğacda geriyə axın verilir. Sayğacdan geriyə 20 L-ə qədər qaz axını olarsa, klapan bağlanmalıdır və sayğacın LCD ekranında “ALARM-5” yazısı əks olunur.

               

      ALARM

 

 

5

 

 

      Sayğacın “Alarm-5” rejimindən çıxarılması "reset alarım" kartı vasitəsilə aparılır, bunun üçün "reset alarım" kartı sayğacın kart yuvasına daxil edilir, bu zaman LCD ekranda aşağıdakı işarə əks olunur.

9

 

 

 

--------------------------- 

 

       Kartı sayğacdan çıxartmazdan əvvəl 2 dəfə siqnal səsinin eşidilməsi gözlənilməlidir .

       Sayğac “ALARM-5” rejimindən çıxır, klapan bağlı vəziyyətdə qalır.

 

1

 

 

               61

 

          Klapanın açılması üçün  mavi düymə 5 saniyə  basılıb saxlanılır, klapan az miqdarda açılır və kəmərə sızmanı yoxlamaq uçün təbii qaz daxil olur,  LCD ekranında aşağıdakı yazı əks olunur.

 

 

 

 

OP:190

 

          190 saniyə ərzində  (qalan saniyələr ekranda göstərilir) klapan tam açılmalıdır, (sayğac sistemdə sızma olub, olmamasını yoxlayır) əməliyyat düzgün aparılmadıqda (əməliyyat zamanı sayğacda hava axını baş verərsə)  klapan açılmır və bu zaman LCD ekranda  aşağıdakı işarə əks olunur və ekranda kran işarəsi yanır- sönür. Bu əməliyyat 3 dəfədən çox aparılmamalıdır. Əks təqdirdə sayğac növbəti günə qədər kilitlənir.

 

 

 

  ALARM

 

 

        Klapanın açılması üçün sızma testi əməliyyatını təkrar etmək lazımdır. Əməliyyat qurtardıqdan sonra klapan tam açılarsa, klapan işlək hesab olunur və LCD ekranda aşağıdakı işarə əks olunur:

11

      

 

 61:00

5.5. Kart riderinin vəziyyətinin yoxlanması üçün kart yuvasına kart daxil olunur, bu zaman LCD ekranda aşağıdakı işarə əks olunarsa, kart rider işlək hesab olunur.

  9

 

 

       --------------------

 

5.6. Sayğacın elektron yaddaş proqramında zavod seriya nömrəsi METER SN kart vasitəsilə ilə yoxlanılır. Kart sayğaca daxil edilir, bu zaman LCD ekranında  aşağıdakı işarə əks olunur.

                                      

                       Sayğacın elektron yaddaşına yazılmış zavod seriya nömrəsi

      1

 

       8

 

2278940

                  

Yəni sayğacın elektron yaddaş proqramında zavod seriyası  12AQ10100278940 göstərilir.(sayğacın üzərində yazılmış zavod seriya nömrəsi)

Elektron yaddaşda olan nömrə sayğacın üzərində yazılmış nömrə ilə üst-üstə düşmürsə, sayğac yararsız hesab edilir.

  5.7. Sayğacın proqram versiyası FIRMWARE kartı vasitəsilə yoxlanılır. Kart sayğaca daxil olunur, bu zaman ekranda aşağıdakı işarə əks olunur.

  1

 

 

092.93

                                                                                                

                                          Elektron yaddaş proqram versiyası

 

 

         5.8. CREDİT BACK olunmuş sayğacların klapanının açılması:

- Hər hansı səbəbdən istismardan çıxarılmış sayğacda istifadə olunmamış qalıq kredit olarsa sayğac yoxlamaya göndərilməzdən əvvəl  “Azəriqaz” İB-nin müvafiq QİS-də qalıq kreditin həcmi sayğacdan abonent kartına köçürülür (Credit Back). Bu zaman sayğacın klapanı bağlanır və LCD ekranda OFF rejimi əks olunur. OFF rejimində olan sayğac “Azəriqaz” İB-nin Smart sayğacların tətbiqi və nəzarəti şöbəsi tərəfindən 3E proqramında əvəzlənərək müvafiq QİS üçün  “3E” proqramında ayrılmış anbar bazası siyahısına əlavə olunur.

  Cədvəl-1

Sərfiyyat üzrə xəta diapazonu

Xəta həddinin qiyməti

Qmin ≤ Q < 0,1Q max

± 3

               0,1Q max ≤ Q<Qmax

± 1,5

 

 


2016      All rights reserved