AZ |
ELEKTRON MÜRACİƏT
QAYNAR XƏTT
104 / 185
|   Təbii qazdan istifadə zamanı təhlükəsizlik qaydalarına ciddi riayət edilməlidir.   |
BORCUNU ÖYRƏN
ƏN ÇOX VERİLƏN SUALLAR
ONLAYN ÖDƏNİŞ
   
Yeni abonent olmaq istəyirsinizmi?
   
Smart tipli sayğac koda düşdükdə nə etməli?

ASAN-da "Azəriqaz" İB-nin Müştəri xidmətinin fəaliyyəti haqqında

Birliyin Müştəri xidməti şöbəsi istehlakçılardan daxil olan müraciətlər əsasında qaz təchizatı ilə bağlı hərtərəfli xidmətin təşkil edilməsini, müraciətlərdən asılı olaraq şöbələrdən tələb olunan məlumatların əldə olunmasını və bu məlumatlar əsasında istehlakçılara xidmətlərin təmin edilməsini, həmçinin Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən ASAN xidmət mərkəzlərində smart tipli sayğaclar ilə təchiz olunmuş istehlakçılara müvafiq xidmətlərin göstərilməsini təmin edir.

Bakı şəhəri üzrə 1 və 2 saylı ASAN Komunal mərkəzinə, eləcə də səyyar ASAN vasitəsi ilə və 4, 5 saylı ASAN xidmət mərkəzlərinə, Bərdə, Sabirabad, Masallı, Qəbələ rayonlarında və Gəncə şəhərində yerləşən ASAN xidmət mərkəzlərində  itirilmiş və ya zədələnmiş smart kartın bərpası, borc və ödəniş haqqında arayışların verilməsi, abonent məlumatlarında dəyişikliklərin edilməsi, sayğacların istismarı ilə bağlı məlumatın verilməsi, smart tipli sayğaclarda istifadə edilməyən məbləğin yeni quraşdırılmış sayğacın smart kartına köçürülməsi, mexaniki sayğacların smart tipli sayğaclar ilə əvəz olunması səbəbindən yeni smart kartların verilməsi, yeni qazlaşma nəticəsində quraşdırılmış smart tipli sayğacın kartının verilməsi, qüsurlu ödənişin bərpa edilməsi, yeni qazlaşma haqqında məlumatın verilməsi, texniki şərtin verilməsi, sayğac zədələnməsinin araşdırılması üçün müraciətlərin qəbulu, dini qurumlara ayrılmış limitlərin verilməsi, müqavilələrin bağlanması, abonent kodundan smart karta ödənişin köçürülməsi, smart tipli sayğacların əvəz olunması səbəbindən yeni smart kartların verilməsi, koda düşmüş kartların bərpası, məcburi köçkün abonentlərin yeni arayışlarının qəbulu xidmətlərinin icrası qeyd olunan yerlərdə tam təmin olunur.


2016      All rights reserved