AZ |
ELEKTRON MÜRACİƏT
QAYNAR XƏTT
104 / 185
|   Təbii qazdan istifadə zamanı təhlükəsizlik qaydalarına ciddi riayət edilməlidir.   |
BORCUNU ÖYRƏN
ƏN ÇOX VERİLƏN SUALLAR
ONLAYN ÖDƏNİŞ
   
Yeni abonent olmaq istəyirsinizmi?
   
Smart tipli sayğac koda düşdükdə nə etməli?

"ASAN"-da Müştəri xidməti tərəfindəndən abonentlərə göstərilən xidmətlər

 

1.     İtirilmiş və ya zədələnmiş smart kartın bərpası

 

 

Tələb olunan sənədlər:

 

·         Şəxsiyyət vəsiqəsi

·         Ərizə

·         Smart tipli sayğacın nömrəsi və ya abonent kodu;

Xidmət haqqı:

10 (on) manat

Müddət:

Dərhal  

 

 

Xidmət göstərilən yer: “ASAN xidmət” və “ASAN Kommunal” Mərkəzlərində

 

 

2.     Borc və ödəniş haqqında arayışların verilməsi

 

Tələb olunan sənədlər:

 

·         Şəxsiyyət vəsiqəsi

·         Ərizə

·         Smart kart və ya abonent kodu;

·         Sayğaca baxış haqqında Akt (yalnız borcun olmaması haqqında arayış verildikdə tələb olunur).

Xidmət haqqı:

Ödənişsiz

Müddət:

Dərhal  

 

Xidmət göstərilən yer: “ASAN xidmət” və “ASAN Kommunal” Mərkəzlərində

 

Qeyd 1: sayğaca baxış haqqında akt “Azəriqaz” İB-nin rayonlar üzrə yerli nümayəndəliyindən alınır.

 

 

3.     Abonent məlumatlarında dəyişikliklərin edilməsi

 

Tələb olunan sənədlər:

 

Əhali abonentləri üçün:

·         Ərizə;

·         Abonentin şəxsiyyət vəsiqəsi;

·         Mülkiyyəti təsdiq edən sənədlərin əsli (çıxarış, İcra Hakimiyyəti tərəfindən verilmiş sərəncam, bələdiyyə qərarı, order, notarial qaydada təsdiq olunmuş alqı-satqı Müqaviləsi, notarial qaydada təsdiq olunmuş razılıq ərizəsi, MTK tərəfindən verilən Müqavilə və yaxud kənd icra nümayəndəliyinin təsərrüfat kitabından çıxarış);

·         Smart kart (abonent kodu və ya sayğac nömrəsi);

·         Qazın alqı-satqı müqaviləsi.

Qeyri-əhali abonentləri üçün:

·         Hüquqi şəxsin təmsilçisinə (nümayəndəsinə) verilən müvafiq məktub və  nümayəndənin  şəxsiyyət vəsiqəsi (hüquqi şəxs olduğu halda);

·         Qazın alqı-satqı müqaviləsi;

·         Mülkiyyəti təsdiq edən sənəd (çıxarış, sərəncam, bələdiyyə qərarı, order, otarial qaydada təsdiq olunmuş alqı-satqı Müqaviləsi, MTK tərəfindən verilən Müqavilə).

Xidmət haqqı:

Ödənişsiz

Müddət:

Əhali abonentləri dərhal, qeyri-əhali abonentləri 10 (on) iş günü ərzində

 

Xidmət göstərilən yer: “ASAN xidmət” və “ASAN Kommunal” Mərkəzlərində

 

Qeyd 1: Abonent məlumatlarında dəyişikliklər edildiyi zaman qaz təchizatı haqqında müqavilə “ASAN Kommunal” mərkəzində bağlanılır.

Qeyd 2: Mülkiyyət sənədində payçılar mövcud olduğu halda (mülkiyyət sənədində qeyd olunan ünvan üzrə payçıların hər biri ayrıca abonent olduğu hal istisna olmaqla) onların razılıq ərizəsi tələb olunur.

Qeyd 3: Başqa şəxs müraciət etdiyi halda qanunvericilikdə müəyyən olunmuş qaydada verilən etibarnamə və müraciət edən şəxsin şəxsiyyətini təsdiq edən sənəd təqdim edilməlidir.

Qeyd 4: Abonentin mülkiyyət sənədi olmadığı halda, ona məxsus abonent kodunu notarial qaydada təsdiq edilmiş razılıq ərizəsi əsasında digər şəxsin adına keçirə bilər. 

Qeyd 5: Borc aşkar olunduğu halda abonent məlumatlarında dəyişikliklərin edilməsi xidməti həyata keçirilmir.

Qeyd 7: Mənzil Tikinti Koorperativləri tərəfindən verilən alqı-satqı müqavilələri həmin MTK-lar tərəfindən təsdiqlənir.

 

 

4.     Sayğacların istismarı ilə bağlı məlumatın verilməsi

 

Tələb olunan sənədlər:

·          Müraciət edən şəxsin şəxsiyyət vəsiqəsi.

Xidmət haqqı:

Ödənişsiz

Müddət:

Dərhal

 

Xidmət göstərilən yer: “ASAN xidmət” və “ASAN Kommunal” Mərkəzlərində

 

 

5.     Smart tipli sayğaclarda istifadə edilməyən məbləğin yeni quraşdırılmış sayğacın smart kartına köçürülməsı

 

Tələb olunan sənədlər:

·         Ərizə;

·         Abonentin şəxsiyyət vəsiqəsi;

·         Forma 1,2 (quraşdırılma aktları);

·         Çıxarılan və yeni quraşdırılan sayğacların smart kartları. 

Xidmət haqqı:                              

Ödənişsiz

Müddət:                                        

Dərhal

 

Xidmət göstərilən yer: “ASAN Kommunal” Mərkəzlərində

 

Qeyd 1: Başqa şəxs müraciət etdiyi halda qanunvericiliklə müəyyən olunmuş qaydada verilən etibarnamə və müraciət edən şəxsin şəxsiyyətini təsdiq edən sənəd təqdim edilməlidir.

Qeyd 2: Abonentin qeydiyyat ünvanı üzrə qeydiyyatda olan digər şəxslər də  müraciət edə bilərlər (şəxsiyyət vəsiqəsini təqdim etməklə).

Qeyd 3: Yaxın qohumlar (ata, ana, baba, nənə, ər (arvad), uşaqlar, bacı, qardaş, nəvələr) qohumluq əlaqələrini təsdiq edən sənədləri təqdim etməklə xidmətə müraciət edə bilərlər.

Qeyd 4:  Sayğacın elektron ekranı işləmədiyi halda, abonentin əvəzlənən sayğaca ödədiyi ümumi məbləğdən mexaniki göstərici ilə əks olunmuş ümumi sərfiyyat çıxarılaraq yerdə qalan məbləğ abonentin yeni smart kartına köçürülür.

Qeyd 5: Xidmət zamanı köhnə smart sayğacın kartında məbləğ aşkar olunmadıqda xidmətin göstərilməsindən imtina olunur və tövsiyyə olunur ki, köhnə sayğacda olan məbləğ "credit back" proseduruna uyğun olaraq (sayğacdan geri olaraq karta pulun köçürülməsi proseduru) həmin sayğacın smart kartına yükləndikdən sonra müraciət olunsun. 

 

 

6.     Mexaniki sayğacların smart tipli sayğaclar ilə əvəz olunması

səbəbindən yeni smart kartların verilməsi

 

Tələb olunan sənədlər:

·         Abonentin şəxsiyyət vəsiqəsi;

·         Forma 1,2 (quraşdırılma aktı);

·         Qazın alqı-satqı müqaviləsi.

Xidmət haqqı:

Ödənişsiz

Müddət:

G4 tipli smart sayğaclı abonentlərə - dərhal

G6 tipli smart sayğaclı abonentlərə - 1(bir) iş günü ərzində

 

Xidmət göstərilən yer: “ASAN xidmət” və “ASAN Kommunal” Mərkəzlərində

 

 

Qeyd 1: başqa şəxs müraciət etdiyi halda qanunvericiliklə müəyyən olunmuş qaydada verilən etibarnamə və müraciət edən şəxsin şəxsiyyətini təsdiq edən sənəd təqdim edilməlidir.

Qeyd 2: abonentin qeydiyyat ünvanı üzrə qeydiyyatda olan digər şəxslər də  müraciət edə bilərlər (şəxsiyyət vəsiqəsini təqdim etməklə).

Qeyd 3: yaxın qohumlar (ata, ana, baba, nənə, ər (arvad), uşaqlar, bacı, qardaş, nəvələr) qohumluq əlaqələrini təsdiq edən sənədləri təqdim etməklə xidmətə müraciət edə bilərlər.

Qeyd 4: qazın alqı-satqı müqaviləsi “ASAN Kommunal” mərkəzində bağlanılır.

Qeyd 5: əhali abonentləri üçün borc aşkar olunduğu halda ödənilməli, ödənilə bilinmədiyi halda abonentə qanunvericilikdə nəzərdə tutulmuş qaydada borcun ödənilməsi barədə bildiriş təqdim edilir.

Qeyd 6: qeyri-əhali abonentləri üçün borc aşkar olunduğu halda ödənilməlidir.

 

 

7.     Yeni qazlaşma nəticəsində quraşdırılmış smart tipli sayğacın kartının verilməsi

 

Tələb olunan sənədlər:

·         Ərizə;

·         Abonentin şəxsiyyət vəsiqəsi;

·         Forma 1,2 (quraşdırılma aktı);

·         Qazın alqı-satqı müqaviləsi;

·         Hüquqi şəxsin təmsilçisinə (nümayəndəsinə) verilən müvafiq məktub və  nümayəndənin  şəxsiyyət vəsiqəsi (hüquqi şəxs olduğu halda);

Xidmət haqqı:                              

Ödənişsiz

Müddət:                                       

Dərhal

 

Xidmət göstərilən yer: “ASAN xidmət” və “ASAN Kommunal” Mərkəzlərində

 

Qeyd 1: başqa şəxs müraciət etdiyi halda qanunvericiliklə müəyyən olunmuş qaydada verilən etibarnamə və müraciət edən şəxsin şəxsiyyətini təsdiq edən sənəd təqdim edilməlidir.

Qeyd 2: qazın alqı-satqı müqaviləsi “ASAN Kommunal” mərkəzində bağlanılır.

 

 

8.     Qüsurlu ödənişin bərpa edilməsi

 

Tələb olunan sənədlər:

·         Müraciət edən şəxsin şəxsiyyət vəsiqəsi;

·         Smart kart.

Xidmət haqqı:                              

Ödənişsiz

Müddət:                                       

Dərhal

 

Xidmət göstərilən yer: “ASAN xidmət” və “ASAN Kommunal” Mərkəzlərində

 

 

9.     Yeni qazlaşma haqqında məlumatın verilməsi

 

Tələb olunan sənədlər:

·         Müraciət edən şəxsin şəxsiyyət vəsiqəsi.

Xidmət haqqı:                              

Ödənişsiz

Müddət:                                       

Dərhal  

 

Xidmət göstərilən yer: “ASAN xidmət” və “ASAN Kommunal” Mərkəzlərində

 

 

10.  Texniki şərtin verilməsi

 

Tələb olunan sənədlər:

Əhali abonentləri üçün:

·         Ərizə;

·         Şəxsiyyət vəsiqəsi;

·         Mülkiyyəti təsdiq edən sənədlərin əsli (çıxarış, sərəncam, bələdiyyə qərarı, order).

Qeyri-əhali abonentləri üçün:

·         Ərizə;

·         Hüquqi şəxsin təmsilçisinə (nümayəndəsinə) verilən müvafiq məktub və  nümayəndənin  şəxsiyyət vəsiqəsi (hüquqi şəxs olduğu halda);

·         VÖEN-in surəti və şəxsiyyət vəsiqəsi  (hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olduğu halda);

·         Mülkiyyəti təsdiq edən sənədlərin əsli (çıxarış, sərəncam, bələdiyyə qərarı, order).

İnşaat pasportu üçün texniki şərt:

·         Ərizə;

·         Müraciət edən şəxsin şəxsiyyət vəsiqəsi;

·         Hüquqi şəxsin təmsilçisinə (nümayəndəsinə) verilən müvafiq məktub və  nümayəndənin  şəxsiyyət vəsiqəsi (hüquqi şəxs olduğu halda);

·         Mülkiyyəti təsdiq edən sənədlərin əsli (çıxarış, sərəncam, bələdiyyə qərarı, order).

 

Küçə xətti üçün texniki şərt:

·         Ərizə;

·         Şəxsiyyət vəsiqəsi;

·         Mülkiyyəti təsdiq edən sənədlərin əsli (çıxarış, sərəncam, bələdiyyə qərarı, order).

 

Layihə dəyişikliyi üçün texniki şərt:

·         Ərizə;

·         Şəxsiyyət vəsiqəsi;

·         Layihənin surəti

Xidmət haqqı:                              

Ödənişsiz

Müddət:                                       

20 (iyirmi) iş günü müddətində

 

Xidmət göstərilən yer: “ASAN xidmət” və “ASAN Kommunal” Mərkəzlərində

 

Qeyd 1: başqa şəxs müraciət etdiyi halda qanunvericiliklə müəyyən olunmuş qaydada verilən etibarnamə və müraciət edən şəxsin şəxsiyyətini təsdiq edən sənəd təqdim edilməlidir.

Qeyd 2: mülkiyyət sahəsinin təyinatı dəyişdirildiyi halda onu təsdiq edən müvafiq icra hakimiyyəti orqanının sərəncamı.

Qeyd 3: dövlət qurumları üçün texniki şərt “Azəriqaz” İB-yə ünvanlanmış məktub əsasında verilir.

Qeyd 4: Mənzil Tikinti Koorperativləri tərəfindən verilən alqı-satqı müqavilələri həmin MTK-lar tərəfindən təsdiqlənir.

Qeyd 5: Mülkiyyəti təsdiq edən sənədlərdə sərəncam dedikdə torpaq sahəsinin ayrılması haqqında müvafiq icra hakimiyyətinin və ya bələdiyyənin sərəncamı nəzərdə tutulur.

 

 

11.  Sayğac zədələnməsinin araşdırılması üçün müraciətlərin qəbulu

 

Tələb olunan sənədlər:

·         Ərizə;

·         Müraciət edən şəxsin şəxsiyyət vəsiqəsi;

·         Abonent kodu.

Xidmət haqqı:

Ödənişsiz

Müddət:

Dərhal

 

Xidmət göstərilən yer: “ASAN Kommunal” Mərkəzlərində

 

Qeyd: sayğacın zədələnməsinin araşdırılması 15 (on beş) iş günü müddətində həyata keçirilir.

 

 

12.  Dini qurumlara ayrılmış limitlərin verilməsi

 

Tələb olunan sənədlər:

·         Ərizə;

·         Müraciət edən şəxsin şəxsiyyət vəsiqəsi;

·         Smart kart;

·         Dini Qurumlar üzrə Dövlət Komitəsi tərəfindən verilmiş arayış.  

Xidmət haqqı: 

Ödənişsiz

Müddət:

Dərhal

 

Xidmət göstərilən yer: “ASAN xidmət” və “ASAN Kommunal” Mərkəzlərində

 

Qeyd: yeni arayış təqdim olunduğu halda limitlərin verilməsi 1 (bir) iş günü müddətində həyata keçirilir.

 

13.  Müqavilələrin bağlanması

 

Tələb olunan sənədlər:

Əhali abonentləri üçün:

·         Ərizə;

·         Abonentin şəxsiyyət vəsiqəsi;

·         Mülkiyyəti təsdiq edən sənədlərin əsli (abonent kodu mülkiyətçinin adına olduqda bu sənəd tələb olunmur);

·         Smart kart və ya abonent kodu;

·         Forma 1,2- quraşdırılma aktı (yeni abonent olduğu halda).

 

Qeyri-əhali abonentləri üçün:

·         Ərizə;

·         Müəssisəyə büdcədən cari il üçün ayrılmış vəsait barədə “Azəriqaz” İB-yə ünvanlanmış rəsmi məktub (büdcə müəssisələri və ya təşkilatları olduğu halda);

·         Hüquqi şəxsin təmsilçisinə (nümayəndəsinə) verilən müvafiq məktub və nümayəndənin  şəxsiyyət vəsiqəsi (hüquqi şəxs olduğu halda);

-     Abonent fiziki şəxs statusundan hüquqi şəxs statusuna  və ya əksinə keçsiyi halda bu halı təsdiq edən sənədlər (dövlət reyestrindən çəxarış, hüquqi şəxsin nizamnaməsi, fiziki şəxsin VÖEN-i və s.);

·         VÖEN-in surəti və şəxsiyyət vəsiqəsi  (hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olduğu halda);

·         Qüvvədən düşmüş müqavilənin əsli və ya surəti (müqavilənin yenilənməsinə ehtiyac olduğu halda);         

·         “Azəriqaz” İB ilə razılaşdırılmış layihə smeta sənədi, tikinti pasportu və qaz kəmərlərinin istismara qəbulu aktının əsli təqdim edilməklə;

·         Mövcud qaz sayğacının son dövlət yoxlamasından keçməsi barədə arayış (müqavilə bağlandığı zaman G4 və G6 tipli sayğaclarda tələb olunmur);

-     Mülkiyyəti təsdiq edən sənədlərin əsli (çıxarış, sərəncam, notarial qaydada təsdiq edilmiş icarə müqaviləsi, bələdiyyə qərarı, order);

·         Forma 1,2 (quraşdırılma aktı);

·         Müəssisə üzrə qaz təsərrüfatına cavabdeh şəxsin təyin edilməsinə dair verilmiş əmrin surəti;

·         Qaz sayğacı və qurğuları haqqında məlumat blankı;

·         Qaz təsərrüfatına xidmət göstərən işçilərin “Qaz təsərrüfatında texniki təhlükəsizlik qaydaları” haqqında bilik səviyyəsinin yoxlanılmasına dair protokolun əsli təsdiq edilməklə (istifadəsində qazanxana, sənaye cihazları və qeyri-standart su qızdırıcısı- 10.75 kub və ya daha artıq olduğu halda).

Xidmət haqqı:                     

Ödənişsiz

Müddət:                                       

əhali abonentləri dərhal;

qeyri-əhali abonentləri 10 (on) iş günü müddətində. 

 

Xidmət göstərilən yer: “ASAN Kommunal” Mərkəzlərində

 

Qeyd 1: Başqa şəxs müraciət etdiyi halda qanunvericiliklə müəyyən olunmuş qaydada verilən etibarnamə və müraciət edən şəxsin şəxsiyyətini təsdiq edən sənəd təqdim edilməlidir.

Qeyd 2: “Qaz təsərrüfatında texniki təhlükəsizlik qaydaları” haqqında bilik səviyyəsinin yoxlanılmasına dair protokol ayrı-ayrılıqda həm Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyi, həm də Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinin Dövlət Qaz Nəzarəti İdarəsi tərəfindən verilir.

Qeyd 3: Borc aşkar olunduğu halda (büdcə təşkilatları istisna olmaqla) xidmət həyata keçirilmir.

 

 

14.  Abonent kodundan smart karta ödənişin köçürülməsi

 

Tələb olunan sənədlər:

·         Ərizə;

·         Abonentin şəxsiyyət vəsiqəsi;

·         Smart kart.

Xidmət haqqı:    

Ödənişsiz

Müddət:                                       

1 (bir) iş günü

 

Xidmət göstərilən yer: “ASAN Kommunal” Mərkəzlərində

 

Qeyd 1: başqa şəxs müraciət etdiyi halda qanunvericiliklə müəyyən olunmuş qaydada verilən etibarnamə və müraciət edən şəxsin şəxsiyyətini təsdiq edən sənəd təqdim edilməlidir.

Qeyd 2: abonentin qeydiyyat ünvanı üzrə qeydiyyatda olan digər şəxslər də  müraciət edə bilərlər (şəxsiyyət vəsiqəsini təqdim etməklə).

Qeyd 3: yaxın qohumlar (ata, ana, baba, nənə, ər (arvad), uşaqlar, bacı, qardaş, nəvələr) qohumluq əlaqələrini təsdiq edən sənədləri təqdim etməklə xidmətə müraciət edə bilərlər.

 

 

15.  Smart tipli sayğacların əvəz olunması səbəbindən yeni smart kartların verilməsi

 

Tələb olunan sənədlər:

·         Ərizə;

·         Abonentin şəxsiyyət vəsiqəsi;

·         Qaz təchizatı haqqında müqavilə;

·         Forma 1,2 (quraşdırılma aktı);

·         Çıxarılan sayğacın smart kartı.

Xidmət haqqı                              

Ödənişsiz

Müddət:                                       

Dərhal

 

 

Xidmət göstərilən yer: “ASAN Kommunal” Mərkəzlərində

 

Qeyd 1: başqa şəxs müraciət etdiyi halda qanunvericiliklə müəyyən olunmuş qaydada verilən etibarnamə və müraciət edən şəxsin şəxsiyyətini təsdiq edən sənəd təqdim edilməlidir.

Qeyd 2: qaz təchizatı haqqında müqavilə “ASAN Kommunal” mərkəzində bağlanılır.

Qeyd 3: abonentin qeydiyyat ünvanı üzrə qeydiyyatda olan digər şəxslər də  müraciət edə bilərlər (şəxsiyyət vəsiqəsini təqdim etməklə).

Qeyd 4: yaxın qohumlar (ata, ana, baba, nənə, ər (arvad), uşaqlar, bacı, qardaş, nəvələr) qohumluq əlaqələrini təsdiq edən sənədləri təqdim etməklə xidmətə müraciət edə bilərlər.

Qeyd 5: borc aşkar olunduğu halda qeyd olunan xidmət həyata keçirilmir.

 

 

16.  Koda düşmüş kartların bərpası

 

Tələb olunan sənədlər:

·         Müraciət edən şəxsin şəxsiyyət vəsiqəsi;

·         Smart kart

Xidmət haqqı:                              

Ödənişsiz

Müddət:                                       

Dərhal

 

Xidmət göstərilən yer: “ASAN xidmət” və “ASAN Kommunal” Mərkəzlərində

 

 

17.     Məcburi köçkün abonentlərin yeni arayışlarının qəbulu

 

 Tələb olunan sənədlər:

·         Müraciət edən şəxsin şəxsiyyət vəsiqəsi;

·         Məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin təsdiqi ilə arayış

·         Arayışda qeyd olunan şəxslərin şəxsiyyət vəsiqələrinin surəti

·         Smart kart;

·         Abonent kodu və ya sayğacın nömrəsi.

Xidmət haqqı: 

Ödənişsiz

Müddət:                                       

1(bir) iş günü

 

Xidmət göstərilən yer: “ASAN xidmət” və “ASAN Kommunal” Mərkəzlərində

 

Qeyd 1: Başqa şəxs müraciət etdiyi halda qanunvericiliklə müəyyən olunmuş qaydada verilən etibarnamə və müraciət edən şəxsin şəxsiyyətini təsdiq edən sənəd təqdim edilməlidir.

Qeyd 2: Abonentin qeydiyyat ünvanı üzrə qeydiyyatda olan digər şəxslər və ya təqdim etdiyi arayışda adı qeyd olunduqda müraciət edə bilərlər (şəxsiyyət vəsiqəsini təqdim etməklə).

Qeyd 3: Yaxın qohumlar (ata, ana, baba, nənə, ər (arvad), uşaqlar, bacı, qardaş, nəvələr) qohumluq əlaqələrini təsdiq edən sənədləri təqdim etməklə xidmətə müraciət edə bilərlər.

Qeyd 4: Məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin Azəriqaz İB-nə təqdim etdiyi adlı siyahıda adı olan şəxslər (fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan sıx müvəqqəti məskunlaşma yerlərində, keçmiş yataqxana, müalicə pansionatları və digər binalarda, faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər) müvafiq arayışı təqdim edə bilərlər. 

 

 

 


2016      All rights reserved