AZ |
ELEKTRON MÜRACİƏT
QAYNAR XƏTT
104 / 185
|   Təbii qazdan istifadə zamanı təhlükəsizlik qaydalarına ciddi riayət edilməlidir.   |
BORCUNU ÖYRƏN
ƏN ÇOX VERİLƏN SUALLAR
ONLAYN ÖDƏNİŞ
   
Yeni abonent olmaq istəyirsinizmi?
   
Smart tipli sayğac koda düşdükdə nə etməli?
1. Smart kart yararsız hala düşdükdə və ya itirildikdə haraya müraciət etməli?
Cavab: Abonentin özü və yaxud notarial qaydada təsdiq edilmiş etibarnamə əsasında çıxış edən digər vətəndaş “Asan xidmət” və “Asan Kommunal” mərkəzlərinə şəxsiyyət vəsiqəsinin əsli, həmçinin smart tipli sayğacın nömrəsi və yaxud abonent kodunu təqdim edərək, kartın dəyərini (10 AZN) ödəməklə yeni kartı dərhal əldə edə bilərlər.

2. Ödənişin bərpa edilməsi mümkündümü ?
Cavab: Bəli mümkündür. Ödəniş hansı terminalda olubsa həmin terminalda “Smartkart Bərpa” düyməsini basmaqla bərpa olunmalı məbləğ seçilir və bərpa düyməsi basılır. Bundan əlavə abonentlər şəxsiyyət vəsiqəsi, smart kart və qüsurlu olan ödəniş qəbzi ilə “Asan xidmət” və “Asan Kommunal” mərkəzlərində Ödənişin bərpası Xidmətindən yararlana bilərlər.

3. Dəyişdirilmiş Smart sayğacın köhnə kartında olan məbləğ yeni karta necə köçürülür?
Cavab: Abonentin özü və yaxud notarial qaydada təsdiq edilmiş etibarnamə əsasında çıxış edən digər vətəndaş “Asan Kommunal” mərkəzlərinə şəxsiyyət vəsiqəsinin əsli, quraşdırılma aktı (forma 1,2), çıxarılan və yeni quraşdırılan smart kartları təqdim etməklə köhnə kartında olan məbləği yeni karta köçürdə bilərlər. Qeyd edək ki, bunun üçün heç bir rüsum tələb olunmur.

4. Abonent kodunu addan ada necə və harada keçirmək olar?
Cavab: Abonentin özü və yaxud notarial qaydada təsdiq edilmiş etibarnamə əsasında çıxış edən digər vətəndaş “Asan xidmət” və “Asan Kommunal” mərkəzlərində şəxsiyyət vəsiqəsinin, mülkiyyəti təsdiq edən sənədlərin əsli və smart kartı təqdim etməklə abonent kodunu addan ada keçirə bilərlər. Qeyd edək ki, bunun üçün heç bir rüsum tələb olunmur.

5. Smart sayğacın plombunun zədələnməsi, qırılması və üzərində olmaması aşkar edildikdə haraya müraciət etməli?
Cavab: • Abonent bu haqqda 104 və 185 nömrəli Qaynar Xəttlərə zəng vuraraq məlumat verməlidir.

6. Qaz sayğacının yerinin dəyişdirilməsi üçün haraya müraciət etməli ?
Cavab: "Asan komunal" mərkəzlərinə müraciət edə bilərsiniz.

7. Bildirişdə sayğac (mexaniki) göstəricilərinin səhv yazılması aşkar edildikdə nə etməli?
Cavab: Yerli rayon Xidmət sahəsinə (abonent kodu və müraciət edənin şəxsiyyət vəsiqəsini təqdim etməklə) müraciət edilməlidir.

8. Borc saldosunu necə əldə edə bilərəm ?
Cavab: Abonentin özü və yaxud notarial qaydada təsdiq edilmiş etibarnamə əsasında çıxış edən digər vətəndaş “Asan xidmət” və “Asan Kommunal” mərkəzlərində şəxsiyyət vəsiqəsinin əslini, sayğaca baxış haqqında aktı və smart kartı təqdim etməklə borc saldosunu əldə edə bilərlər. Qeyd edək ki, bunun üçün heç bir rüsum tələb olunmur.

9. Fərdi yaşayış evinin qazlaşdırılması və sayğacın quraşdırılması kim tərəfindən icra olunur?
Cavab: Saytımızın əsas səhifəsində yerləşən “Yeni abonent olmaq istəyirsinizmi?” bölməsindən “Fərdi yaşyış evlərinin qazlaşdırılması haqqında məlumat” hissəsindən ətraflı informasiya əldə edə bilərsiniz.

10. Qeyri-yaşayış sahəsinin (obyektin) qazlaşdırılması üçün hansı sənədlər tələb olunur və hara müraciət etmək lazımdır?
Cavab: Saytımızın əsas səhifəsində yerləşən “Yeni abonent olmaq istəyirsinizmi?” bölməsindən “Qeyri-yaşayış sahələrinin qazlaşdırılması haqqında məlumat” hissəsindən ətraflı informasiya əldə edə bilərsiniz.

11. Hündürmərtəbəli binalara təbii qazın verilməsini necə baş verir ?
Cavab: Hündürmərtəbəli binaların qaz təchizatı şəbəkəsinin çəkilişi MTK-nın sifarişi əsasında xüsusi icazəsi (lisenziyası) olan tikinti təşkilatları tərəfindən həyata keçirilir. Belə ki, tikinti təşkilatları tərəfindən “Qaz təchizatında təhlükəsizlik Qaydaları”nın, “Qazdan istifadə qaydalarının”, eləcədə qüvvədə olan Tikinti Norma və Qaydalarının tələblərinə uyğun tikinti - quraşdırma işləri aparılır və texniki - icra sənədləri tərtib olunur. Bundan sonra MTK-nın rəhbərliyi tərəfindən qəbul kоmissiyаsının аktlаrı, qаz təchizаtı ilə bаğlı tехniki-icrа və digər zəruri sənədlər tаm şəkildə “Аzəriqаz” İstеhsаlаt Birliyinə təqdim оlunduqdаn, müvаfiq qаydаlаrа uyğun оlаrаq qаzın аlqı-sаtqısı müqаviləsi bаğlаndıqdаn sоnrа mənzillərə təbii qаzın açılışı təmin edilir.

12. Smart sayğacın ekranında Alarm 3, Alarm 5, FO 44 yazılıb nə etməli?
Cavab: Bunun üçün abonentlər göstərilən təlimatları ardıcıllıqla yerinə yetirməlidirlər. 1. Smart tipli sayğac koda düşdükdə ilk öncə kart koda düşmüş sayğaca daxil edilir. Bu zaman sayğacın ekranında olan informasiya avtomatik olaraq həmin abonentin kartının yaddaşına köçürülür və iki siqnal səsindən sonra kart sayğacdan çıxarılır. 2. İstənilən ödəmə məntəqəsində kartın balansına minimum 1 AZN və ya daha artıq miqdarda məbləğ ödənilir. 3. Ödəniş həyata keçirildikdən sonra abonentin mənzilində olan qaz cıhazları təhlükəsilik tələblərinə uyğun olaraq sızma testinin aparılması üçün bağlı vəziyyətdə saxlanılmalıdır. 4. Kart ödəniş həyata keçirmək üçün sayğaca daxil edilir və iki siqnal səsindən sonra kart sayğacdan çıxarılır. 5. Sayğacın üzərindəki göy düymə (klapan aç) 5 saniyə sıxılı saxlanılır.Bu zaman sayğac özü avtomatik olaraq 190 saniyədən geri saymağa başlayır. Göstərilən müddət bitdikdən sonra saygac koddan çıxır və təbii qazın verilişi bərpa olunur. Nəzərinizə çatdırırıq ki, bu əməliyyat üçün heç bir xidmət haqqı tələb olunmur. Sayğacın koddan çıxarılması zamanı ödənilən məbləğ isə abonentin balansına əlavə olunur və istehlakçı həmin məbləğə uyğun təbii qazdan istifadə edə bilər.

13. Smart sayğacın ekranında FO24 və OFF yazıldıqda nə etməli?
OFF vəziyyəti Cavab: Bu hal sayğaca kartın yüklənilməsi zamanı yumru, göy düymənin əvəzinə üç künc düymənin basılaraq saxlanılması zamanı yaranır. Bu zaman sayğaca yüklənilən bütün məbləğ (kub formasında) karta köçürülür (kredit back), sayğacın giriş klapanı bağlanır və qaz təchizatı dayandırılır. Bu halın aradan qaldırılması üçün abonentlər tərəfindən sayğacın 4 ədəd şəkilləri (menyu – 1, menyu – 2, mexaniki göstərici m3 və ekranda yazılan OFF və ya FO24) çəkilərək yerli rayon qaz xidmət sahəsinə müraciət edilməlidir. Bu zaman heç bir məbləğ itmir və əlavə ödəniş tələb olunmur. İlk öncə kart sayğaca daxil edilərək göy düymə basılmalı və OFF yazısının şəkili çəkilməli, sonra üç künc düymə 1 dəfə basılaraq açılan menyunun şəkili şəkilməli (Menyu – 1), yenidən üç künc düymə 3 dəfə və ya ekranda sol tərəfdə 2 yazılanadək basılaraq açılan menyunun şəkili çəkilməli (Menyu-2), son olaraq isə sayğacın mexaniki göstəricisi tam və oxunulması mümkün vəziyyətdə şəkili çəkilməlidir. Yerli rayon qaz xidmət sahəsi kartı bərpa etdikdən sonra kart sayğaca daxil edilməli və 3 siqnal səsi gələnədək gözlənilməlidir. Sonra sayğac OFF vəziyyətindən çıxacaqdır. Daha sonra yumru göy düyməni basıb saxlamaq lazımdır. Sayğacda OP 190 əməliyyatı gələcək və rəqəmlər 000 olandan sonra qaz təchizatı bərpa olunacaqdır. FO24 vəziyyəti Bu hal OFF vəziyyətinin digər halıdır. Lakin burda fərq ondan ibarətdir ki sayğac OFF vəziyyətinə düşməmişdən öncə digər (ALARM 2, 3, 5 və ya FO44) kodda olub. Bunun üçün yuxarıda OFF vəziyyəti üçün qeyd olunanlar təkrar edilməli və sayğac OFF vəziyyətindən çıxdıqdan sonra kartı yenidən sayğaca daxil edilməlidir. Sayğacın ekranında 0.00 yazısı göründükdən sonra istənilən ödəniş terminalında karta 1 manatdan yuxarı pul yükləyərək sayğaca yükləməli və koddan çıxarılmalıdır.

14. Smart sayğacın ekranında F12 və F 13 yazılıb...
Cavab: Sayğacın ekranında F12 yazılarsa smart kartın həmin sayğacın kartı olmaması anlamına gəlir, əgər sayğacın ekranında F13 yazılarsa bu smart kart həmin sayğacın kartı olmaması və kartın içində müəyyən məbləğin olması anlamına gəlir. Hər iki halda araşdırmaq üçün şəxsiyyət vəsiqəsi, smart kart və sayğacın nömrəsini götürüb yerli Xidmət sahələrinə, “Asan xidmət” və “Asan Kommunal” mərkəzlərində yaxınlaşmaq lazımdır.

15. Sayğac mənfiyə işləyir,yazılan pulu kim ödəməlidi?
Cavab: • Mənfiyə işləyir borc deməkdir. Verilən kredit məbləğidir. İstifadə olunmuş mənfi qaz sərfinin məbləğini abonent özü smart kartına ödəniş etməlidir.

16. Mənim sayğacım Gulf tipli sayğacdı (kartı kapital bankda ödəniş olunan), dəyişdirmək istiyirəm..
Cavab: • Müvafiq (yerli rayon) xidmət sahəsi və ya "Azəriqaz" İB-yə yaxınlaşıb ərizə yazılır

17. Ödənişi səhvən koda yükləmişəm smart karta necə köçürə bilərəm?
Cavab: Abonentin özü və yaxud notarial qaydada təsdiq edilmiş etibarnamə əsasında çıxış edən digər vətəndaş “Asan Kommunal” mərkəzlərində şəxsiyyət vəsiqəsinin əslini smart kartı təqdim etməklə borc saldosunu əldə edə bilərlər. Qeyd edək ki, bunun üçün heç bir rüsum tələb olunmur.

18. Smart kartımı ödəmə nöqtəsi olan aparata daxil etdikdə “bloklaşdırıb” yazılıb, nəyin əlamətidi?
Cavab: Əgər abonent əhali abonentidirsə Şəxsiyyət vəsiqəsi və smart kart götürülüb Azəriqaz İB-nin müvafiq (yerli rayon) xidmət sahəsinə, əgər komersiya abonentidirsə obyekt və ya müəssisənin sənədləri, smart kart və məsul şəxs şəxsiyyət vəsiqəsi ilə Bakı Regional Qazın Satışı departamentinə müraciət etməlidir.

19. Smart kartı sayğaca daxil edəndən sora ekranda pul görsəndi sora itdi (əvvəlki məbləğ olduğu kimi qaldı)..
Cavab: • "Azəriqaz" İB-nin müvafiq (yerli rayon) xidmət sahəsinə müraciət etmək lazımdır.

20. Sayğac qutusu sınmışdır, yenisini hardan əldə edə bilərəm?
Cavab: • Abonent Bakı Regional Qaz Ölçü Qurğularına Xidmət Departamentinə gedib ərizə yazıb ödəniş etdikdən sonra yeni sayğac qutusu əldə edə bilər.

21. Yeni tariflər necə hesablanacaq?
2017-ci il yanvar ayının 1-dən etibarən əhali qrupu üzrə istehlak olunan təbii qazın illik həcminin 1700 kubmetr olan hissəsininə görə hər bir kubmetr üçün 10 qəpik ödəniş edəcəklər.İl ərzində 1700 kubmetrdən artıq istehlak olunan hər kubmetr təbii qazın dəyəri 20 qəpikdən hesablanacaqdır. İstehlakçılara aylıq istifadə olunmuş qaz sərfinə görə təqdim olunacaq bildirişlərdə qeyd olunmuş hesablama tam əksini tapacaqdır. Smart İTRON məişət qaz sayğaclarından istifadə edən əhali istehlakçıları üzrə qaz sərfiyyatlarının hesablanması məqsədi ilə müvafiq proqram təminatları yenilənmişdir. Artıq 01.01.2017-ci il tarixindən etibarən əhali abonentləri tərəfindən aparılacaq ödənişlər toplanaraq illik istehlak həcmi 1700 kubmetr (170 AZN) olan abonentlər üçün hər bir kubmetr 10 qəpik tarifiylə, illik istehlak həcminin 1700 kubmetrdən (170 AZN) artıq olan hissəsinin hər kubmetri isə 20 qəpik tarifiylə hesablanaraq qaz həcmi şəklində sayğac kartına yüklənəcəkdir.



2016      All rights reserved