AZ |
ELEKTRON MÜRACİƏT
QAYNAR XƏTT
104 / 185
|   Təbii qazdan istifadə zamanı təhlükəsizlik qaydalarına ciddi riayət edilməlidir.   |
BORCUNU ÖYRƏN
ƏN ÇOX VERİLƏN SUALLAR
ONLAYN ÖDƏNİŞ
   
Yeni abonent olmaq istəyirsinizmi?
   
Smart tipli sayğac koda düşdükdə nə etməli?

Beyləqan rayonunun daha 2 kəndinə təbii qaz verildi.



Oktyabrın 7-də Beyləqan  rayonunun Aşıqalılar və Yuxarı Çəmənli kəndlərinə ilk dəfə təbii qazın verilməsi münasibəti ilə tədbir keçirilmişdir. Tədbirdə rayon İcra Hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak etmişlər. Bildirilmişdir ki, 414 abonenti olan Aşıqalılar kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 1702 metr müxtəlif diametrli polietilen və ümumi uzunluğu 30 142 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş,mənzillərə 414 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılmışdır.

110 abonenti olan Yuxarı Çəmənli kəndinin qazlaşdırılması üçün isə birpilləli sistem əsasında ümumi uzunluğu 1642 metr müxtəlif diametrli polietilen və ümumi uzunluğu 9105 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş,mənzillərə 110 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılmışdır.

Hazırda Beyləqan rayonunun daha 5 kəndində (Əhmədli,Aşağı Çəmənli,İmamverdili,Birinci Şahsevən və İkinci Şahsevən  kəndlərində) tikinti quraşdırma işləri davam etdirilir.Yaxın günlərdə tikintisi başa çatmış yaşayış məntəqələrinə ardıcıllıqla təbii qazın verilişi təmin ediləcək.  

 

Kənd sakinləri yaşayış məntəqələrinə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər. 










2016      All rights reserved