AZ | |
|
![]() |
|||||||||
![]() |
![]() |
||||||||||
![]() |
|||||||||||
![]() |
|||||||||||
![]() |
|||||||||||
![]() |
|||||||||||
|
![]() |
||||||||||
![]() |
|||||||||||
![]() |
|||||||||||
Quba rayonunun daha iki kəndinə təbii qaz verildi.
2016-10-14
Oktyabrın 14-də Quba rayonunun Hacıağalar və Cadar kəndlərinə ilk dəfə təbii qazın verilməsi münasibəti ilə tədbir keçirilmişdir. Tədbirdə rayon İcra Hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak etmişlər. Bildirilmişdir ki, 108 abonenti olan Quba rayonunun Hacıağalar kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 8 171 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş,mənzillərə 108 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılmışdır. 91 abonenti olan Quba rayonunun Cadar kəndinin qazlaşdırılması üçün isə birpilləli sistem əsasında ümumi uzunluğu 7 986 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş,mənzillərə 91 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılmışdır. Hazırda Quba rayonunun daha 2 kəndində (Rustov və Qam-qam kəndlərində) tikinti quraşdırma işləri davam etdirilir.Yaxın günlərdə tikintisi başa çatmış yaşayış məntəqələrinə ardıcıllıqla təbii qazın verilişi təmin ediləcək. Kənd sakinləri,18 oktyabr Dövlət Müstəqillik Günü bayramı ərəfəsində yaşayış məntəqələrinə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər. |
![]() |
||||||||||
![]() |
|||||||||||
![]() |
|||||||||||
![]() |
|||||||||||
![]() |
|||||||||||
![]() |
|||||||||||
![]() |
|||||||||||
![]() |
|||||||||||
![]() |
|||||||||||
![]() |
|||||||||||
![]() |
|||||||||||
![]() |
|||||||||||
![]() |
|||||||||||
![]() |
|||||||||||
![]() |
|||||||||||
![]() |