AZ |
ELEKTRON MÜRACİƏT
QAYNAR XƏTT
104 / 185
|   Təbii qazdan istifadə zamanı təhlükəsizlik qaydalarına ciddi riayət edilməlidir.   |
BORCUNU ÖYRƏN
ƏN ÇOX VERİLƏN SUALLAR
ONLAYN ÖDƏNİŞ
   
Yeni abonent olmaq istəyirsinizmi?
   
Smart tipli sayğac koda düşdükdə nə etməli?
   
Tikinti və istismara icazənin sadələşdirilməsi
   
Yeni qaz sayğaclarından istifadə qaydaları

Lənkəran rayonunun daha bir kəndinə ilk dəfə təbii qaz verildi.

2016-10-14

Oktyabrın 14-də Lənkəran rayonunun Qumbaşı kəndinə təbii qazın verilməsi münasibəti ilə tədbir keçirilmişdir. Tədbirdə rayon İcra Hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak etmişlər. Bildirilmişdir ki, 270 abonenti olan Lənkəran rayonunun Qumbaşı kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 6568 metr müxtəlif diametrli polietilen və ümumi uzunluğu 11 100 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş,mənzillərə 270 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılmışdır.

Tədbirdə çıxış edən kənd sakinləri,18 oktyabr Dövlət Müstəqillik Günü bayramı ərəfəsində  yaşayış məntəqəsinə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər. 










2016      All rights reserved