AZ |
ELEKTRON MÜRACİƏT
QAYNAR XƏTT
104 / 185
|   Təbii qazdan istifadə zamanı təhlükəsizlik qaydalarına ciddi riayət edilməlidir.   |
BORCUNU ÖYRƏN
ƏN ÇOX VERİLƏN SUALLAR
ONLAYN ÖDƏNİŞ
   
Yeni abonent olmaq istəyirsinizmi?
   
Smart tipli sayğac koda düşdükdə nə etməli?
   
Tikinti və istismara icazənin sadələşdirilməsi
   
Yeni qaz sayğaclarından istifadə qaydaları

Saatlı rayonunun daha iki kəndinə təbii qaz verilmişdir.

2016-10-18

Oktyabrın 18-də  Saatlı rayonunun Əbilkənd və Cəfərxan kəndlərinə təbii qazın verilişi münasibəti ilə tədbir keçirilmişdir. Tədbirdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak etmişlər. Bildirilmişdir ki, 188 abonenti olan Saatlı rayonunun Əbilkənd kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında 10 223 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, hər bir abonentin mənzilində sayğac və fərdi tənzimləyici quraşdırılmışdır.

109 abonenti olan Saatlı rayonunun Cəfərxan kəndinin qazlaşdırılması üçün isə  birpilləli sistem əsasında 2216 metr uzunluğunda müxtəlif diametrli pilietilen və 4207 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili  qaz xətləri çəkilmiş, hər bir abonentin mənzilində sayğac və fərdi tənzimləyici quraşdırılmışdır.

Hazırda Saatlı rayonunun daha 8 kəndində (Şirinbəyli, Sarıcalar, Qara Nuru, Qazanbatan, Genişkənd, Məmmədabad, Çolpı və Əliabad  kəndlərində) tikinti quraşdırma işləri davam etdirilir.Yaxın günlərdə tikintisi başa çatmış yaşayış məntəqələrinə ardıcıllıqla təbii qazın verilişi təmin ediləcək.  

Tədbirdə çıxış edən sakinlər və ictimaiyyət nümayəndələri kəndlərə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.










2016      All rights reserved