AZ |
ELEKTRON MÜRACİƏT
QAYNAR XƏTT
104 / 185
|   Təbii qazdan istifadə zamanı təhlükəsizlik qaydalarına ciddi riayət edilməlidir.   |
BORCUNU ÖYRƏN
ƏN ÇOX VERİLƏN SUALLAR
ONLAYN ÖDƏNİŞ
   
Yeni abonent olmaq istəyirsinizmi?
   
SƏRBƏST GÜCLƏR
   
Smart tipli sayğac koda düşdükdə nə etməli?
   
Tikinti və istismara icazənin sadələşdirilməsi
   
Yeni qaz sayğaclarından istifadə qaydaları

Tərtər rayonunun daha iki kəndinə təbii qaz verildi.

2016-10-18

Oktyabrın 18-də Tərtər rayonunun Azad Qaraqoyunlu və Təzəkənd 2 kəndlərinə yenidən təbii qazın verilməsi münasibəti ilə tədbirlər keçirilmişdir. Tədbirlərdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak etmişlər. Bildirilmişdir ki, 317 abonenti olan Azad Qaraqoyunlu kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 503 metr pilietilen və ümumi uzunluğu 34 054 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş,mənzillərə 317 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılmışdır. 

189 abonenti olan Təzəkənd 2 kəndinin qazlaşdırılması üçün isə birpilləli sistem əsasında ümumi uzunluğu 18 940 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş,mənzillərə 189 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılmışdır. 

Tədbirlərdə çıxış edən kənd sakinləri yaşayış məntəqələrinə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər. 










2019      All rights reserved