AZ |
ELEKTRON MÜRACİƏT
QAYNAR XƏTT
104 / 185
|   Təbii qazdan istifadə zamanı təhlükəsizlik qaydalarına ciddi riayət edilməlidir.   |
BORCUNU ÖYRƏN
ƏN ÇOX VERİLƏN SUALLAR
ONLAYN ÖDƏNİŞ
   
Yeni abonent olmaq istəyirsinizmi?
   
Smart tipli sayğac koda düşdükdə nə etməli?

Mavi yanacağımızın yeni korporativ üslubu

2017-07-03

 

Press-reliz

Mavi yanacağımızın yeni korporativ üslubu

Tarix: 03.07.17

Azərbaycan Respublikası ərazisində təbii qazın paylanması və satışını həyata keçirən “Azəriqaz” İstehsalat Birliyi (İB) müştərilərə xidmət səviyyəsini yüksəltmək, kommunikasiyanı səmərəliləşdirmək üçün əlaqə vasitələrini inkişaf etdirməkdə davam edir. “Azəriqaz” İB xüsusi ilə əhali kateqoriyasından olan müştərilərlə davamlı və çoxşaxəli məlumat mübadiləsinə olan ehtiyacını nəzərə alaraq, son illərdə özünə aid müxtəlif kommunikasiya vasitələrini tətbiq edib.

“Azəriqaz” İB-nin özünə aid kommunikasiya vasitələrindən istifadə etməsi sayəsində əhalidən gələn müraciətlər ünvanlı şəkildə daxil olur, buna görə də onların icrası qısa müddətdə aidiyyəti əməkdaşlara tapşırılır. Bununla da, daxil olan müraciətlərin daha operativ işlənilməsi, yaranan problemlərin daha tez həll edilməsi üçün şərait yaradılıb.

“ASAN Xidmət” Mərkəzlərində müştərilərinə 17 növdə xidmət göstərən İB, bu ildən etibarən “ASAN Kommunal” Mərkəzlərində də fəaliyyətə başlayıb. Yalnız “ASAN Kommunal” və “ASAN xidmət” Mərkəzlərinin vasitəsi ilə, cari ilin ilk yarısında, ümumilikdə, 58.429 müştəri “Azəriqaz” İB-nin xidmətlərindən faydalanıb. Bununla yanaşı, müştərilərlə əlaqələrin gücləndirilməsi, onlara məlumatların operativ çatdırılması məqsədilə www.azeriqaz.az saytı, eyni zamanda, Birliyin Facebook səhifəsi də fəaliyyətini davam etdirir.

Beləliklə, "Azəriqaz" İB-nin özünəməxsus əlaqə vasitələrinin geniş tətbiq olunması nəticəsində həmin əlaqə vasitələrinin xüsusi loqotip və üslubla rəmzləşdirilməsinə zərurət yaranmışdır. “Azəriqaz” İB-nin kommunikasiyasını fərqləndirəcək loqotipin yaradılması da daxil olmaqla, korporativ üslubun tərtib olunması bu istiqamətdə atılan ilk addımlardandır. Qeyd edək ki, vahid korporativ üslub “Azəriqaz” İB-nin hazırki mövcud strukturuna müvafiq tətbiq olunacaq, heç bir struktur dəyişikliyinə səbəb olmayacaq.

Müştəri məmnuniyyətini daim ön planda tutan "Azəriqaz" istehlakçılara göstərilən xidmətin keyfiyyətinin artırılması, abonentlərin fasiləsiz, keyfiyyətli təbii qazla təmin olunmaları məqsədilə bundan sonra da müştərilərlə əlaqə vasitələrini inkişaf etdirməyə davam edəcək.

“Azəriqaz” İB-nin loqotipindən istifadə qaydaları

Yeni loqo pdf

“Azəriqaz” İB-nin İctimaiyyətlə Əlaqələr şöbəsi

Tel.: 012-521-22-69

E-poçt: info@azeriqaz.az

www.azeriqaz.az

 

 

 

 

 









right


2016      All rights reserved