AZ |
ELEKTRON MÜRACİƏT
QAYNAR XƏTT
104 / 185
|   Təbii qazdan istifadə zamanı təhlükəsizlik qaydalarına ciddi riayət edilməlidir.   |
BORCUNU ÖYRƏN
ƏN ÇOX VERİLƏN SUALLAR
ONLAYN ÖDƏNİŞ
   
Yeni abonent olmaq istəyirsinizmi?
   
Smart tipli sayğac koda düşdükdə nə etməli?

Daha bir yaşayış məntəqəsinə ilk dəfə təbii qaz verildi.

2017-07-31

“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın  icrası istiqamətində SOCAR-ın ''Azəriqaz'' İstehsalat Birliyi tərəfindən ölkənin hər yerində genişmiqyaslı tikinti-quraşdırma və təmir-bərpa işləri həyata keçirilir, ''Mavi yanacaq''la təchiz olunmayan yaşayış massivlərinin qazlaşdırılması, qaz infrastrukturunun yenidən qurulması və inkişaf etdirilməsi üçün intensiv işlər görülür.

 

İyulun 31-də Bərdə rayonunun Mollalı kəndinə ilk dəfə təbii qaz verilmişdir. Bu münasibətlə keçirilmiş tədbirdə rayon İcra Hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak etmişlər. Bildirilmişdir ki, 536 abonenti olan  kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 2 538 metr müxtəlif diametrli polietilen və ümumi uzunluğu 40 865 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş,hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılmışdır.

 

Hazırda Bərdə rayonunun Lənbəran kəndində tikinti quraşdırma işləri davam etdirilir. Tezliklə tikintisi başa çatdırılaraq təbii qazın verilişi təmin ediləcəkdir. 

 

Tədbirdə çıxış edən sakinlər və ictimaiyyət nümayəndələri kəndə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.









right

right

right

right


2016      All rights reserved