AZ |
ELEKTRON MÜRACİƏT
QAYNAR XƏTT
104 / 185
|   Təbii qazdan istifadə zamanı təhlükəsizlik qaydalarına ciddi riayət edilməlidir.   |
BORCUNU ÖYRƏN
ƏN ÇOX VERİLƏN SUALLAR
ONLAYN ÖDƏNİŞ
   
Yeni abonent olmaq istəyirsinizmi?
   
Smart tipli sayğac koda düşdükdə nə etməli?

“Qaz İxrac” İdarəsinin Magistral qaz kəmərləri sahələrində cari təmir işləri aparılacaq.

2017-08-03

04.08.2017-ci il tarixində saat 10:00-dan işlər başa çatanadək “Qaz İxrac” İdarəsinin balansında olan diametri 700/500 mm-lik “Qaradağ-Digah-Hövsan” magistral qaz kəmərinin 27-ci km-də yeni çəkilmiş kəmərin mövcud şəbəkəyə birləşdirilməsi və cari təmir işləri ilə əlaqədar “Sulutəpə”, “Alatava” və “Təzə Qanlı Göl” Qazpaylayıcı stansiyalarından qaz təchizatı dayandırılacaq.

Təmir müddətində Bakı şəhər Binəqədi və Yasamal rayonlarının bir hissəsinə təbii qazın verilişində məhdudiyyət yaranacaq.

Aparılan təmir işlərinin Nəsimi rayonunun  bir hissəsinin  qaz təchizatına da təsir göstərməsi mümkündür.

Görülən işlər gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcəkdir və yaranacaq məhdudiyyətlə bağlı “Azəriqaz” İB-yi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət olunmasını xahiş edir. 

 

 









right


2016      All rights reserved