AZ |
ELEKTRON MÜRACİƏT
QAYNAR XƏTT
104 / 185
|   Təbii qazdan istifadə zamanı təhlükəsizlik qaydalarına ciddi riayət edilməlidir.   |
BORCUNU ÖYRƏN
ƏN ÇOX VERİLƏN SUALLAR
ONLAYN ÖDƏNİŞ
   
Yeni abonent olmaq istəyirsinizmi?
   
Smart tipli sayğac koda düşdükdə nə etməli?

Abşeron rayonunun təbii qaz təchizatında məhdudiyyət olacaq.

2017-09-19

Qaz xətti üzərində qaz tənzimləyicinin quraşdırılması, yeni çəkilmiş diametri 315mm-lik polietilen qaz xəttinin mövcud qaz mənbəyinə qoşulması və diametri 530mm-lik siyirtmənin dəyişdirilməsi  ilə əlaqədar 20 sentyabr 2017-ci il tarixdə saat 09:00-dan işlər yekunlaşanadək Abşeron rayonu Xırdalan şəhərinin,həmçinin Hökməli, Atyalı, Qobu, Daş Güzdək, Aşağı Güzdək və Çiçək qəsəbələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Aparılan təmir işlərinin Binəqədi rayonu 6,7,8 və 9-cu mikrorayonlarının, Rəsulzadə, Biləcəri və Xutor qəsəbələrinin eləcə də Motodrom ərazisində bir hissəsinin qaz təchizatına da təsir göstərməsi mümkündür.

Görülən işlər gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcəkdir.Yaranacaq məhdudiyyətlə bağlı “Azəriqaz” İstehsalat Birliyi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir. 









right


2016      All rights reserved