AZ |
ELEKTRON MÜRACİƏT
QAYNAR XƏTT
104 / 185
|   Təbii qazdan istifadə zamanı təhlükəsizlik qaydalarına ciddi riayət edilməlidir.   |
BORCUNU ÖYRƏN
ƏN ÇOX VERİLƏN SUALLAR
ONLAYN ÖDƏNİŞ
   
Yeni abonent olmaq istəyirsinizmi?
   
Smart tipli sayğac koda düşdükdə nə etməli?

“Azəriqaz” İB-də işçilərin bilik səviyyəsinin artırılması məqsədilə yeni kitab hazırlanaraq nəşr edilmişdir.

2017-10-02

Ölkə Prezidenti cənab İlham Əliyevin neft–qaz sənayesinin idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı  sərancamı ilə “Azəriqaz” QSC yenidən təşkil olunaraq “Azəriqaz” İstehsalat Birliyi kimi SOCAR-ın tərkibinə verildikdən sonra ölkəmizdə qaz təsərrüfatının inkişafı yeni vüsət almışdır.

Respublika ərazisində əhalinin həyat səviyyəsinin yüksəldilməsində, məişət problemlərinin həll olunmasında  qazlaşma işlərinin xüsusi əhəmiyyət kəsb etdiyini nəzərə alan Birlik rəhbərliyi sahənin daha da inkişaf etdirilməsi, mövcud şəbəkənin modernləşməsi və idarəetmənin təkmilləşdirilməsi, həmçinin əmək şəraitinin yaxşılaşdırılması, əl əməyinin azaldılması və təhlükəsizliyin yüksək səviyyədə təmin edilməsi məqsədilə qabaqcıl texnologiyaların və standartların tətbiqinə, eləcə də işçilərin bilik səviyyəsinin yüksəldilməsinə xüsusi diqqət yetirmişdir.  

Həmçinin, istеhlаkçılаrın fаsiləsiz, kеyfiyyətli və təhlükəsiz təbii qаzlа təmin еtmək və istehlakçılara yüksək səviyyəli хidmət göstərmək məqsədi ilə Birlik rəhbərliyinin göstərişi ilə ölkə ərazisində qüvvədə olan mövcud qanunlar, qaydalar və digər normativ hüquqi aktlar əsasında Qaz təsərrüfatında texniki istismar, əməyin mühafizəsi, texniki və yanğın təhlükəsizliyi qaydalarına, ekoloji qanunvericiliyə və beynəlxalq standartlara dair müxtəlif səpkili suallar daxil edilmiş 1000 sual - 1000 cavab” kitabı hazırlanmış və 20 sentyabr “Neftçilərin günü” ərəfəsində əməkdaşlara paylanılmışdır.

Kitabda təbii qazın fiziki–kimyəvi xassələri, texniki istismar və qazdan istifadə qaydaları, qazla əlaqədar baş verə biləcək hadisələr, eləcə də “Azəriqaz” İstehsalat Birliyində həyata keçirilən istehsalat proseslərinin təhlükəsiz aparılmasına dair geniş məlumat verilmişdir.

Qeyd edək ki, qaz təsərrüfatında çalışan bütün işçilər və təbii qaz istehlakçıları onları maraqlandıran suallara bu kitabda cavab tapa biləcəklər.

Sağlam həyat və qəzasız iş mühiti niyəti ilə “Qaz təsərrüfatında texniki istismar, əməyin mühafizəsi, yanğın təhlükəsizliyi, ətraf mühitin mühafizəsi qaydalarına və beynəlxalq standartların tətbiqinə dair 1000 sual - 1000 cavab” Kitabının bütün Birlik əməkdaşlarına xeyirli olmasını arzulayırıq.









right

right


2016      All rights reserved