AZ |
ELEKTRON MÜRACİƏT
QAYNAR XƏTT
104 / 185
|   Təbii qazdan istifadə zamanı təhlükəsizlik qaydalarına ciddi riayət edilməlidir.   |
BORCUNU ÖYRƏN
ƏN ÇOX VERİLƏN SUALLAR
ONLAYN ÖDƏNİŞ
   
Yeni abonent olmaq istəyirsinizmi?
   
Smart tipli sayğac koda düşdükdə nə etməli?

Daha bir yaşayış məntəqəsinə ilk dəfə təbii qaz verildi.

2017-10-02

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən respublika ərazisində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması həmçinin uzun müddət təbii qaz almayan yaşayış məntəqələrinin yenidən mavi yanacaqla təmin edilməsi istiqamətində görülən məqsədyönlü tədbirlər 2017-ci ildə də  davam etdirilməkdədir.Bu məqsədlə,oktyabrın 02-də  Xaçmaz rayonunun Səlimoba kəndinə ilk dəfə təbii qazın verilməsi kənd sakinlərinin böyük sevincinə səbəb olmuşdur.

Bildiririk ki, 63 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 4 800 metr müxtəlif diametrli polietilen və ümumi uzunluğu 4 631 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş,hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılmışdır.

Hazırda Xaçmaz rayonunun Günəşli qəsəbəsində və QaracikZeyid  kəndində tikinti quraşdırma işləri davam etdirilir.Tezliklə tikintisi başa çatmış yaşayış məntəqələrinə də ardıcıllıqla təbii qazın verilişi təmin ediləcəkdir.  

Təbii qazla təmin olunan kənd sakinləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər. 









right


2016      All rights reserved