AZ |
ELEKTRON MÜRACİƏT
QAYNAR XƏTT
104 / 185
|   Təbii qazdan istifadə zamanı təhlükəsizlik qaydalarına ciddi riayət edilməlidir.   |
BORCUNU ÖYRƏN
ƏN ÇOX VERİLƏN SUALLAR
ONLAYN ÖDƏNİŞ
   
Yeni abonent olmaq istəyirsinizmi?
   
Smart tipli sayğac koda düşdükdə nə etməli?

Baş Göynük kəndinə ilk dəfə təbii qaz verildi.

2017-12-28

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən respublika ərazisində qaz     təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması həmçinin uzun müddət təbii qaz almayan yaşayış məntəqələrinin yenidən mavi yanacaqla təmin edilməsi istiqamətində görülən məqsədyönlü tədbirlər davam etdirilməkdədir. Bu məqsədlə, dekabrın 28-də Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində Şəki rayonunun Baş Göynük kəndinə ilk dəfə təbii qazın verilməsi kənd sakinlərinin böyük sevincinə səbəb olmuşdur.

1 343 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 10 825 metr müxtəlif diametrli polietilen və ümumi uzunluğu 62 658 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, mənzillərə  sayğac və fərdi tənzimləyici quraşdırılmışdır.

Hazırda Şəkinin Kiçik Dəhnə kəndində tikinti quraşdırma işləri davam etdirilir. Tezliklə tikintisi başa çatdırılaraq təbii qazın verilişi təmin ediləcək.

Kənd sakinləri yaşayış məntəqəsinə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər. 

 

                                                                     









right


2016      All rights reserved