AZ |
ELEKTRON MÜRACİƏT
QAYNAR XƏTT
104 / 185
|   Təbii qazdan istifadə zamanı təhlükəsizlik qaydalarına ciddi riayət edilməlidir.   |
BORCUNU ÖYRƏN
ƏN ÇOX VERİLƏN SUALLAR
ONLAYN ÖDƏNİŞ
   
Yeni abonent olmaq istəyirsinizmi?
   
Smart tipli sayğac koda düşdükdə nə etməli?

Ötən il 483 çoxmərtəbəli binaya təbii qaz verilmişdir.

2018-01-05

“Azəriqaz” İstehsalat Birliyi çoxmərtəbəli binalara təbii qazın verilməsi istiqamətində fəaliyyətini davam etdirir.Görülmüş işlərin nəticəsidir ki, Birlik 2017-ci ilin dekabr ayında hüquqi və fiziki şəxslərin müraciətlərini araşdıraraq, müvafiq sənədləri təqdim olunan 71 çoxmərtəbəli binaya təbii qazın verilməsini təmin etmişdir. Qeyd edək ki, həmin binalarda ümumilikdə 2968 ailə yaşayır. Ümumiyyətlə, ötən il ərzində təbii qazla təchiz edilmiş hündürmərtəbəli binaların sayı 483 olmuşdur ki, həmin binalarda da 21445 mənzil vardır. 

“Azəriqaz” İB təbii qazın satışı ilə məşğul olan bir qurum kimi zəruri sənədləri təqdim etmiş, bütün normativ-texniki və təhlükəsizlik tələblərinə cavab verən istənilən çoxmərtəbəli binanın ən qısa müddətdə “mavi yanacaq”la təmin olunmasında maraqlıdır. 









right


2016      All rights reserved