AZ |
ELEKTRON MÜRACİƏT
QAYNAR XƏTT
104 / 185
|   Təbii qazdan istifadə zamanı təhlükəsizlik qaydalarına ciddi riayət edilməlidir.   |
BORCUNU ÖYRƏN
ƏN ÇOX VERİLƏN SUALLAR
ONLAYN ÖDƏNİŞ
   
Yeni abonent olmaq istəyirsinizmi?
   
Smart tipli sayğac koda düşdükdə nə etməli?

Ötən il “Azəriqaz” İB tərəfindən 56 yaşayış məntəqəsinə təbii qaz verilmişdir.

2018-01-10

“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası məqsədi ilə “Azəriqaz” İstehsalat Birliyi tərəfindən təxirə salınmaz işlər həyata keçirilir. Belə ki, əhali istehlakçılarının mənzillərində istismar edilən istismar müddəti başa çatmış sayğaclar yenisi ilə əvəz olunur, yeni qaz kəmərləri çəkilir və istismara yararsız vəziyyətdə olan qaz tənzimləyiciləri yeniləri ilə əvəz edilir. İstehlakçıların qaz təchizatının yaxşılaşdırılması, şəbəkənin qaz nəqletmə imkanlarının artırılması və yaşayış məntəqələrinin qazlaşdırılması üçün Birlik tərəfindən ötən ilin yanvar-dekabr ayları ərzində 1886 km yeni qaz kəməri quraşdırılmış, qaz kəmərləri şəbəkəsinin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün isə 221 km qaz kəməri əsaslı təmir olunmuşdur. Aparılan tikinti-quraşdırma işləri nəticəsində Goranboy, Ağcabədi, Ağstafa, Bərdə, Şəki, Ucar, Quba, Qusar, Xaçmaz,Şamaxı,Oğuz, İmişli,Beyləqan, Saatlı, Sabirabad, Lerik, Biləsuvar, Cəlilabad, Masallı və Astara rayonları üzrə 56 yaşayış məntəqəsi qazlaşdırılaraq təbii qazla təmin edilmişdir.









right


2016      All rights reserved