AZ |
ELEKTRON MÜRACİƏT
QAYNAR XƏTT
104 / 185
|   Təbii qazdan istifadə zamanı təhlükəsizlik qaydalarına ciddi riayət edilməlidir.   |
BORCUNU ÖYRƏN
ƏN ÇOX VERİLƏN SUALLAR
ONLAYN ÖDƏNİŞ
   
Yeni abonent olmaq istəyirsinizmi?
   
Smart tipli sayğac koda düşdükdə nə etməli?

Daha bir yaşayış məntəqəsinə ilk dəfə təbii qaz verildi.

2018-01-11

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən respublika ərazisində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülən məqsədyönlü tədbirlər davam etdirilir.Bu məqsədlə yanvarın 11-də  Beyləqan rayonunun İmamverdili kəndinə təbii qazın verilməsi kənd sakinləri tərəfindən böyük sevinclə qarşılanmışdır.

Bu münasibətlə keçirilmiş tədbirdə rayon İcra Hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak etmişlər. Bildirilmişdir ki, 229 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 27 111 metr müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılmışdır.

Hazırda Beyləqan rayonunun Birinci Şahsevən  kəndində tikinti quraşdırma işləri davam etdirilir. Yaxın vaxtda işlər yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək.  

Tədbirdə çıxış edən kənd sakinləri və ictimaiyyət nümayəndələri kəndə  təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.

 

 









right

right

right


2016      All rights reserved