AZ |
ELEKTRON MÜRACİƏT
QAYNAR XƏTT
104 / 185
|   Təbii qazdan istifadə zamanı təhlükəsizlik qaydalarına ciddi riayət edilməlidir.   |
BORCUNU ÖYRƏN
ƏN ÇOX VERİLƏN SUALLAR
ONLAYN ÖDƏNİŞ
   
Yeni abonent olmaq istəyirsinizmi?
   
Smart tipli sayğac koda düşdükdə nə etməli?

“Azəriqaz” İstehsalat Birliyində geniş müşavirə keçirildi.

2018-02-05

5 Fevral 2018-ci il tarixində Azəriqaz İstehsalat Birliyinin inzibati binasında “Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının dördüncü ilinin yekunları”na həsr olunmuş konfransda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkənin qazlaşdırılması ilə bağlı verdiyi tapşırıqların icrası məqsədilə qarşıda duran vəzifələrə həsr olunmuş geniş müşavirə keçirilmişdir. SOCAR rəhbərliyinin iştirakı ilə keçirilən müşavirədə Azəriqaz İB tərəfindən indiyədək görülmüş işlərə nəzər yetirilmiş, prioritet istiqamətlər  müəyyənləşdirilmiş, Birliyin fəaliyyəti ətraflı təhlil edilmişdir.  

Müşavirədə çıxış edən SOCAR-ın prezidenti Rövnəq Abdullayev demişdir: “Azərbaycan dövləti və yüz faizli dövlət şirkəti olan SOCAR ölkə əhalisinin qaz təminatını, yerli istehlakçıların tələbatını mütləq prioritet hesab edir. Odur ki, “Azəriqaz”ın məsuliyyət yükü bu məsələdə hamıdan çoxdur. Son illər respublikanın qaz təsərrüfatının, qazpaylayıcı şəbəkənin  inkişafı istiqamətində ciddi tədbirlər görülsə də, aparılan işlərin effektivliyi bu gün bir daha təhlil edilməli, müştəri məmnunluğuna tam nail olunmalıdır.”

Müşavirədə qeyd olunmuşdur ki, respublika ərazisində qazlaşdırma sahəsində aparılan geniş miqyaslı işlər nəticəsində ölkəmizdə əhalinin qazla təchiz edilməsi 93%-ə çatdırılmışdır. Bir çox xarici ölkələrdə qazlaşdırma kommersiya əsasında keçirilir və onun xərcləri istehlakçıların üzərinə düşür. Lakin Azərbaycanın dövlət başçısının iradəsi ilə qazlaşdırma xərcləri dövlət vəsaiti hesabına həyata keçirilir. Bu mənada qaz təchizatı ölkəmizdə sosial öhdəliklərdən biridir. Rövnəq Abdullayev çıxışında “Azəriqaz” İstehsalat Birliyinin dövlətin tapşırıqları və ona ayrılan vəsaitlərin müqabilində nəzərdə tutulan işləri maksimum mümkün səmərə ilə yerinə yetirməli olduğunu bildirmişdir. Ölkə başçısının Dövlət Neft Şirkətinə bu il üçün 100 milyon manat vəsait ayıraraq, qazlaşdırma səviyyəsinin 93 faizdən 95 faizə çatdırılması haqqında verdiyi tapşırığın vaxtında və yüksək keyfiyyətlə icra olunması cari ilin ən əsas fəaliyyət istiqaməti kimi müəyyənləşdirilmişdir. Abşeron yarımadasında qaz infrastrukturunun köhnəlməsi ilə əlaqdar yaranan qaz itkilərinin azaldılması istiqamətində “Azəriqaz” tərəfindən radikal addımların atılmasının zərurəti qeyd olunmuş, cari ildə itki səviyyəsinin 7,9%-a qədər endirilməsi başlıca hədəf kimi vurğulanmışdır.

Tədbirdə geniş məruzə ilə çıxış edən “Azəriqaz” İstehsalat Birliyinin Baş direktoru Əkbər Hacıyev məlumat vermişdir ki, 2010-2017-ci illərdə Azərbaycan Respublikası ərazisində yaşayış məntəqələrinin geniş miqyaslı yeni qazlaşdırılma tədbirləri nəticəsində respublikanın 1`416 yaşayış məntəqəsi təbii qazla təmin edilmişdir. O  qeyd etmişdir ki, 2009-cu ilin iyul ayına qədər mövcud qaz şəbəkəsinin uzunluğu 10`536 km təşkil edirdisə, Birliyin fəaliyyət göstərdiyi 8 ilə yaxın vaxt ərzində isə 48`558 km yeni qaz kəmərləri çəkilmiş, 9`101 km müxtəlif diametrli qaz xətləri yenidən qurulmuş, 29 ədəd qazpaylayıcı stansiya və qaztənzimləyici məntəqə quraşdırılmışdır. 

Azərbaycan Respublikası Prezidentinin vətəndaşların sosial rifahının yaxşılaşdırılması və işsizliyin aradan qaldırılması üzrə müvafiq tapşırıq və tövsiyyələrinə uyğun olaraq bü günə qədər “Azəriqaz” İstehsalat Birliyi tərəfindən xidməti müqavilə əsasında 7 minə yaxın vətəndaş işlə təmin olunmuşdur. Hazırda “Azəriqaz” tərəfindən kadr strukturları və ümumi idarəetmə sahəsində aparılan islahatlar bundan sonra təmir-bərpa işlərinin daha sürətli və effektli keçirilməsini proqnozlaşdırmağa əsas verir. Ə. Hacıyev ASAN Kommunal mərkəzinin “Azəriqaz”la əməkdaşlığı barədə məlumat verərək, qeyd etmişdir ki, bu əməkdaşlıq kommunal xidmət səviyyəsi və müştəri məmnunluğunun əhəmiyyətli dərəcədə artması üçün münbit zəmin yaradır









right

right

right


2016      All rights reserved