AZ |
ELEKTRON MÜRACİƏT
QAYNAR XƏTT
104 / 185
|   Təbii qazdan istifadə zamanı təhlükəsizlik qaydalarına ciddi riayət edilməlidir.   |
BORCUNU ÖYRƏN
ƏN ÇOX VERİLƏN SUALLAR
ONLAYN ÖDƏNİŞ
   
Yeni abonent olmaq istəyirsinizmi?
   
Smart tipli sayğac koda düşdükdə nə etməli?

Abşeron rayonunun təbii qaz təchizatında məhdudiyyət yaranıb.

2018-02-06

Müşviqabad qazpaylayıcı stansiyasinin çıxışında adı çəkilən stansiyadan qidalanan orta təzyiqli diametri 426 mm-lik yeraltı qaz kəmərində qaz sızması aşkar edilmişdir. Yarana biləcək bədbəxt hadisələrin qarşısının alınması və qaz sızmasının ləğvi üçün aparılacaq təmir-bərpa işləri ilə əlaqədar bu gün  saat 1230-dan  etibarən həmin kəmərdə qaz təchizatı dayandırılmışdır. Təbii qaz təchizatının dayanması nəticəsində Abşeron rayonunun Xırdalan şəhəri daxil olmaqla rayonun Qobu, Aşağı Güzdək, Baş Güzdək, Hökməli, Çiçək qəsəbələrinə, həmçinin, Atyalı adlanan yaşayış massivinə təbii qazın verilişində fasilə yaranmışdır. “Azəriqaz” İstehsalat Birliyinin Təmir-Tikinti İdarəsinin briqadası tərəfindən həmin ərazidə təmir-bərpa işləri aparır. Yaranmış məhdudiyyət saat 1600-dək aradan qaldırılaraq yuxarıda qeyd olunan yaşayış məntəqələrinin qaz təchizatı bərpa ediləcəkdir.

Yaranmış məhdudiyyətlə bağlı “Azəriqaz” İB bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir. 









right


2016      All rights reserved