AZ |
ELEKTRON MÜRACİƏT
QAYNAR XƏTT
104 / 185
|   Təbii qazdan istifadə zamanı təhlükəsizlik qaydalarına ciddi riayət edilməlidir.   |
BORCUNU ÖYRƏN
ƏN ÇOX VERİLƏN SUALLAR
ONLAYN ÖDƏNİŞ
   
Yeni abonent olmaq istəyirsinizmi?
   
Smart tipli sayğac koda düşdükdə nə etməli?

İsmayıllı rayonunun ucqar dağ kəndinin qazlaşdırma işlərinə başlanılıb.

2018-02-09

Azərbaycanın şimalında, Böyük Qafqaz sıra dağlarının cənub yamacında dəniz səviyyəsindən 1500 metr hündürlükdə yerləşən İsmayıllı rayonunun Lahıc kəndi Babadağ və Niyaldağ silsilələri ilə əhatə olunmuşdur. Çətin çoğrafi mövqedə yerləşməsinə baxmayaraq, füsunkar təbiətə malik olan kənd istər tarixi abidələri, istərsə də misgərlərin, zərgərlərin, dülgərlərin, xalçaçıların və s.ustaların yaratdıqları maddi-mədəniyyət nümunələri ilə məşhurdur. Bütün bunlar isə öz növbəsində Lahıc kəndinin turizm bölgəsinə çevrilməsində əvəzsiz rol oynayır. 

Məhz son illərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının regionların sosial iqtisadi inkişafı və turizm potensialından daha səmərəli istifadə olunması istiqamətində apardığı islahatlar Lahıcın da həyatında özünü göstərir. Cənab Prezidentin tövsiyyələrinə uyğun olaraq Lahıc kəndində turizmın inkişafı, həmçinin burada yaşayan əhalinin sosial rifahının yüksəldilməsi məqsədilə ihfrastrukturun yaxşılaşdırılması üçün ciddi tədbirlər görülür. Ölkə Başçısının ucqar kənd və qəsəbələrin qazlaşdırılması barədə tapşırığına uyğun olaraq SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Lahıc kəndinin qısa zamanda təbii qazla təmin olunması üçün qazlaşdırma işlərinə başlanılmışdır. Layihəyə uyğun olaraq kənddə yerləşən 510 evin qazlaşdırılması üçün 19 300 metr uzunluğunda müxtəlif diametrli metal və polietilen borulardan ibarət daşıyıcı qaz kəmərlərinin, 20 800 metr uzunluğunda müxtəlif diametrli metal borularla paylayıcı qaz xətlərinin, eyni zamanda məxbəxdə yerləşən qaz cihazına qədər 7900 metr mənzildaxili qaz borularının çəkilməsi, hər bir mənzilin qaz sayğacı və fərdi tənzimləyici ilə təmin olunması nəzərdə tutulmuşdur. Cari ilin yanvar ayının əvvəlindən işlərə başlanılmış, ancaq dağlıq relyef olduğundan texnikanın işləyə bilməməsi, qaz borularını işçilərin əlləri ilə həmin ərazilərə daşıması, havanın şaxtalı,qarlı olması və qaz kəmərlərinin keçəcəyi qayalıq ərazilərin çapılması kimi çətinliklərə baxmayaraq qazlaşdırma işlərinin bu ilin may ayının sonlarına kimi başa çatdırılması planlaşdırılmışdır.    

 









right

right

right

right

right


2016      All rights reserved