AZ |
ELEKTRON MÜRACİƏT
QAYNAR XƏTT
104 / 185
|   Təbii qazdan istifadə zamanı təhlükəsizlik qaydalarına ciddi riayət edilməlidir.   |
BORCUNU ÖYRƏN
ƏN ÇOX VERİLƏN SUALLAR
ONLAYN ÖDƏNİŞ
   
Yeni abonent olmaq istəyirsinizmi?
   
Smart tipli sayğac koda düşdükdə nə etməli?

Bakı şəhər Nizami və Xətai rayonlarının təbii qaz təchizatında məhdudiyyət olacaq.

2018-02-28

İstismara yararsız vəziyyətdə olan qaz kəmərlərinin yenidənqurulması, istehlakçıların qaz təchizatının yaxşılaşdırılması, şəbəkənin qaz nəqletmə imkanlarının artırılması və yeni tikilmiş yaşayış binasına təbii qazın verilməsi məqsədi ilə Nizami rayonu, Mikayıl Əliyev küçəsində Azəriqaz İB-nin Təmir Tikinti idarəsi tərəfindən diametri 377 mm-lik yeraltı qaz xəttinin istismardan çıxarılması və yeni çəkilmiş 1500 metr diametri 530 mm-lik qaz kəmərinin şəbəkəyə qoşulması, həmçinin Xətai rayonu Nəsrəddin Tusi küçəsində yerləşən yaşayış binasına təbii qazın verilməsi, eləcə də İnqilab İsmayılov küçəsində yeni çəkilmiş diametri 57,76 və 89 mm-lik xəttlərin qaz təchizatı mənbəyinə birləşdirilməsi  ilə əlaqədar, 28 fevral 2018-ci il tarixdə saat 1000-dan işlər yekunlaşanadək Nizami və Xətai rayonlarının bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Görülən təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək və yaranacaq məhdudiyyətlə bağlı “Azəriqaz” İB bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.









right


2016      All rights reserved