AZ |
ELEKTRON MÜRACİƏT
QAYNAR XƏTT
104 / 185
|   Təbii qazdan istifadə zamanı təhlükəsizlik qaydalarına ciddi riayət edilməlidir.   |
BORCUNU ÖYRƏN
ƏN ÇOX VERİLƏN SUALLAR
ONLAYN ÖDƏNİŞ
   
Yeni abonent olmaq istəyirsinizmi?
   
Smart tipli sayğac koda düşdükdə nə etməli?

Bakı Regional Qaz İstismarı Departamentində Mülki Müdafiə Günü qeyd olunub.

2018-03-01

Azərbaycanın üzv olduğu Beynəlxalq Mülki Müdafiə Təşkilatının təşəbbüsü ilə 1 mart – Ümumdünya Mülki Müdafiə Günü ilə bağlı hər il üzv dövlətlərin ərazisindəki müvafiq idarə və müəssisələrdə tədbirlər keçirilir. 

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin Bakı Regional Qaz İstismarı Departamentində 1 mart – Ümumdünya Mülki Müdafiə Günü ilə əlaqədar  “Mülki müdafiə və mülki qurumlar tərəfindən fövqəladə halların effektiv idarə olunması” mövzusunda tədbir keçirilib. “Həyəcan siqnalı”nın verilməsi ilə başlanmış tədbirdə yanğın, qəza, fövqəladə hallar zamanı işçilərin binanı tərk etməsində funksional vəzifələrinin icrasına baxış keçirilib. Toplantını giriş sözü ilə açan Departamentin rəisi Qurban Mehdiyev bildirib ki, fövqəladə hallardan mühafizə sahəsində əhalinin hazırlığını təmin etmək mülki müdafiə orqanları qarsında duran əsas vəzifələrdəndir və fövqəladə halların qarşısının alınması istiqamətində biliklər daim təkmilləşdirilməlidir. Tədbirdə çıxış edən Birliyin Mülki müdafiə qərargahının rəisi Eltəkin Qurbanov mülki müdafiə sisteminin işindən, bu sahədə həyata keçirilən tədbirlərdən söz açaraq  “Mülki müdafiə və mülki qurumlar tərəfindən fövqəladə halların effektiv idarə olunması” mövzusunda mühazirə oxumuşdur.  Departamentin inzibatı binasının I mərtəbəsinin foyesində fərdi mühafizə vasitələrinin və kimyəvi ölçü cihazlarının sərgisi təşkil edilmişdir. Təxliyyə zamanı işçilərdən zədə və xəsarət alan olmamışdır.

Sonda Məxfi rejim və hərbi səfərbərlik şöbəsinin böyük mühəndisi Nizami Abışov mülki müdafiə siqnalları zamanı davranış qaydaları mövzusunda çıxış etmiş və mövzuya uyğun maarifləndirici video materiallar nümayiş etdirilmişdir.









right

right

right

right

right

right


2016      All rights reserved