AZ |
ELEKTRON MÜRACİƏT
QAYNAR XƏTT
104 / 185
|   Təbii qazdan istifadə zamanı təhlükəsizlik qaydalarına ciddi riayət edilməlidir.   |
BORCUNU ÖYRƏN
ƏN ÇOX VERİLƏN SUALLAR
ONLAYN ÖDƏNİŞ
   
Yeni abonent olmaq istəyirsinizmi?
   
Smart tipli sayğac koda düşdükdə nə etməli?

Xaçmaz rayonunun üç yaşayış məntəqəsinə ilk dəfə təbii qaz verilib.

2018-03-03

“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası istiqamətində SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən respublika ərazisində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması həmçinin uzun müddət təbii qaz almayan yaşayış məntəqələrinin yenidən mavi yanacaqla təmin edilməsi istiqamətində görülən məqsədyönlü tədbirlər nəticəsində respublikanın qaz təchizatı şəbəkəsi genişləndirilir və müasirləşdirilir. Məhz son illərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının regionların sosial-iqtisadi inkişafı və turizm potensialından daha səmərəli istifadə olunması istiqamətində apardığı islahatlar Nabranın da həyatında özünü göstərir. Cənab Prezidentin tövsiyyələrinə uyğun olaraq Nabran qəsəbəsində turizmın inkişafı, həmçinin burada yaşayan əhalinin sosial rifahının yüksəldilməsi məqsədilə infrastrukturun yaxşılaşdırılması üçün ciddi tədbirlər görülüb. Bu məqsədlə, martın 03-də Xaçmaz rayonunun Nabran,Şimal və Günəşli qəsəbələrinə təbii qazın verilməsi sakinlərin böyük sevincinə səbəb olmuşdur. Tədbirdə “Azəriqaz” İB-nin Baş direktoru Əkbər Hacıyev, Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev və ictimaiyyət nümayəndələri iştirak etmişlər. Bildirilmişdir ki, ümumilikdə 593 abonenti olan qəsəbələrin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 57 min 275 metr olan müxtəlif diametrli polad və polietilen borularla daşıyıcı həmçinin məhəllədaxili qaz xətləri çəkilmiş, hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılmışdır.

Hazırda Xaçmaz rayonunun Meşəli, Sahillər, Turist, Dalğalı, Samurçay qəsəbələrində və Qaracik Zeyid, Aşağıoba, Xuray, Çaxçaxlı, Pərdiqıran, Seyidlikəndyeri, Aslanoba, Vələmir kəndlərində tikinti quraşdırma işləri davam etdirilir. Tezliklə tikintisi başa çatmış yaşayış məntəqələrinə də ardıcıllıqla təbii qazın verilişi təmin ediləcəkdir.  

Tədbirdə çıxış edən “Azəriqaz” İB-nin Baş direktoru Əkbər Hacıyev, bu əlamətdar hadisə münasibəti ilə sakinləri təbrik etmiş, son illər ölkənin hər yerində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülmüş məqsədyönlü tədbirlərdən danışmış, qeyd etmişdir ki, təbii qaz almayan yaşayış məntəqələrinin sürətli templərlə “mavi yanacaq”la təmin olunması xalqımızın rifah halının daha da yaxşılaşmasına xidmət edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının ölkənin qazlaşdırılması proqramının icrasını daim diqqət mərkəzində saxladığını bildirən Birliyin Baş direktoru bu sahədə həyata keçirilən işlərin bundan sonra da davam etdiriləcəyini vurğulamışdır. 

Çıxış edən ictimaiyyət nümayəndələri qsəbələrə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə etmişlər.

Yaşayış məntəqələrinə təbii qazın verilməsini bildirən rəmzi məşəl alovlandırıldıqdan sonra, “Azəriqaz” İB-nin Baş direktoru Əkbər Hacıyev yaxınlıqdakı evlərdən birinin mətbəxində olmuş, ev sahiblərini təbrik etmiş, əhalinin qazla davranış və təhlükəsizlik qaydaları üzrə maarifləndirilməsi işləri ilə maraqlanmışdır.









right

right

right

right

right

right


2016      All rights reserved