AZ |
ELEKTRON MÜRACİƏT
QAYNAR XƏTT
104 / 185
|   Təbii qazdan istifadə zamanı təhlükəsizlik qaydalarına ciddi riayət edilməlidir.   |
BORCUNU ÖYRƏN
ƏN ÇOX VERİLƏN SUALLAR
ONLAYN ÖDƏNİŞ
   
Yeni abonent olmaq istəyirsinizmi?
   
Smart tipli sayğac koda düşdükdə nə etməli?

“Azəriqaz” İB-də seçkidə fəal iştirak etmiş işçilərlə görüş keçirilmişdir.

2018-04-30

Aprelın 30-da “Azəriqaz” İstehsalat Birliyində Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının rəhbərliyi ilə birgə prezident seçkilərində iştirak etmiş işçilərlə görüş keçirilmişdir. Tədbiri giriş sözü ilə açan Birliyin Baş direktoru Əkbər Hacıyev bildirdi ki, aprelin 11-də baş tutan seçkilər bir sıra cəhətləri ilə əlamətdar olmuşdur. İlk növbədə qeyd olunmalıdır ki, bu seçkilər insanların yüksək fəallığı şəraitində keçmişdir. Həm YAP-ın bütün seçki məntəqələrində olan çoxsaylı müşahidəçilərinin verdiyi məlumatlar, həm də keçirilmiş exit-pollun nəticələri bunu təsdiq edir. Prezident seçkilərinin digər əlaməti bu seçkilərdə Azərbaycan seçiciləri yüksək fəallıq nümayiş etdirməklə, ölkənin həyatında çox mühüm bu siyasi kampaniyaya böyük maraq və diqqət göstərdiklərini bildirdilər.

Seçkilərin daha bir əlaməti bütün məntəqələrdə səsvermənin Seçki Məcəlləsinin tələblərinə uyğun, heç bir ciddi qanun pozuntusu olmadan keçməsidir.

Seçkilərdə iştirak edən beynəlxalq təşkilatların əməkdaşları həm seçki kampaniyası dövründə, həm də seçkilərdən sonra verdikləri bəyanatlarında prezident seçkilərinin yüksək səviyyədə təşkil edildiyini bildirmişlər.

Ə. Hacıyev, seçki məntəqələrində veb-kameraların qoyulmasını da indiki seçkilərin fərqləndirici cəhətlərindən biri kimi vurğulayaraq bildirdi ki, bu yenilik həm vətəndaşlarımızda, həm də müşahidəçilərdə seçkilərin obyektiv, şəffaf və demokratik keçiriləcəyinə inamı daha da möhkəmləndirmişdir. Bunun nəticəsində 86.03% səslə layiqli namizəd İlham Əliyev Azərbaycan Respublikanın Prezidenti seçilmişdir. Cənab İlham Əliyevi Ölkə başçısı seçilməsi münasibəti ilə bir daha təbrik edən Ə. Hacıyev hamını bundan sonrada Prezidentimizin ətrafında daha sıx birləşməyə dəvət etdi.

Tədbirdə çıxış edən YAP Xətai rayon təşkilatının sədri, Milli Məclisin deputatı Hüseynbala Mirələmov qeyd etdi ki, keçirilən seçkilərdə həm demokratik seçki qanunvericiliyinin olması, həm seçkilərin demokratik normalara və beynəlxalq standartlara uyğun şəkildə keçirilməsi üçün bütün lazımi tədbirlərin görülməsi, həm də Azərbaycan vətəndaşlarının seçkilərə göstərdiyi böyük maraq seçkilərin xalqımızın iradəsini ifadə edəcək formada keçirilməsinə təminat verən cəhətlər kimi qeyd edilməlidir.

Seçicilərin böyük əksəriyyətinin bu seçki prosesində iştirak etməsinin seçkilərin demokratik, şəffaf və ədalətli keçirilməsi üçün yaradılmış şəraitlə və Prezident Heydər Əliyevin siyasi xəttinin davam etdirilməsi ilə bağlı olduğunu bildirən Hüseynbala Mirələmov demişdir ki, çoxsaylı müşahidəçilərin məlumatları təsdiq edir ki, partiyanın sədri İlham Əliyev bu seçkilərdə böyük və inamlı qələbə qazanmışdır. Bu qələbənin kökündə isə Azərbaycanda həyata keçirilmiş nəhəng layihələr, böyük işlər və əzəmətli nailiyyətlər dayanır. Qarşıdakı dövrdə ötən illərdə həyata keçirilmiş siyasət davam etdiriləcək və bu, Azərbaycana daha böyük uğurlar qazandıracaqdır.

Sonda seçkilərdə fəallıq göstərmiş işçilərə YAP Xətai rayon təşkilatı tərəfindən  fəxri fərmanlar təqdim edildi.

  









right

right

right

right


2016      All rights reserved