AZ |
ELEKTRON MÜRACİƏT
QAYNAR XƏTT
104 / 185
|   Təbii qazdan istifadə zamanı təhlükəsizlik qaydalarına ciddi riayət edilməlidir.   |
BORCUNU ÖYRƏN
ƏN ÇOX VERİLƏN SUALLAR
ONLAYN ÖDƏNİŞ
   
Yeni abonent olmaq istəyirsinizmi?
   
Smart tipli sayğac koda düşdükdə nə etməli?

Daha bir kəndə təbii qaz verildi.

2018-05-03

SOCAR-ın“Azəriqaz” İstehsalat Birliyi tərəfindən respublika ərazisində qaz təchizatı sisteminin yenidən qurulması, uzun müddət təbii qaz almayan yaşayış məntəqələrinin yenidən mavi yanacaqla təmin edilməsi həmçinin kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülən məqsədyönlü tədbirlərin davamı olaraq,2018-ci il mayın 03-də Ağstafa rayonunun  Böyük Kəsik kəndinə təbii qazın verilməsi münasibəti ilə tədbir keçirilmişdir. Tədbirdə rayon İcra Hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak etmişlər. Bildirilmişdir ki,340 abonenti olan kəndin  qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 6 238 metr müxtəlif diametrli polietilen və ümumi uzunluğu 20 463 metr müxtəlif diametrli metal borularla daşıyıcı,paylayıcı və məhəllədaxili qaz xətləri çəkilmiş,mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılmışdır.

Tədbirdə çıxış edən  sakinlər  kəndə  təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər. 










2016      All rights reserved