AZ |
ELEKTRON MÜRACİƏT
QAYNAR XƏTT
104 / 185
|   Təbii qazdan istifadə zamanı təhlükəsizlik qaydalarına ciddi riayət edilməlidir.   |
BORCUNU ÖYRƏN
ƏN ÇOX VERİLƏN SUALLAR
ONLAYN ÖDƏNİŞ
   
Yeni abonent olmaq istəyirsinizmi?
   
Smart tipli sayğac koda düşdükdə nə etməli?

“Qaz İxrac” İdarəsinin Magistral qaz kəməri sahəsində cari təmir işləri aparılacaq.

2018-09-10

Respublikanın Qərb regionu üzrə inzibati rayonların ərazilərində yerləşən qaz təchizatçılarının fasiləsiz və etibarlı şəkildə təbii qazla təmin edilməsi, həmçinin şəbəkənin qaz nəqletmə imkanının artırılması məqsədilə “Qaz İxrac” İdarəsinin balansında olan yeni çəkilmiş mövcud diametri 1020 mm-lik “Qazıməmməd-Qazax” (I xətt) magistral qaz xəttinin 182-210 km-lər arası hissəsinə birləşdirilməsi zəruriyyəti ilə əlaqədar, 11-15.09.2018-ci il tarixlərində (5 gün müddətində) Bərdə, Tərtər, Ağdam, Füzuli, Beyləqan, Ağcabədi rayonlarının qaz təchizatı dayandırılacaq. Yevlax rayonunun isə rayon mərkəzi daxil olmaqla bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

“Azəriqaz” İstehsalat Birliyi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.









right


2016      All rights reserved