AZ |
ELEKTRON MÜRACİƏT
QAYNAR XƏTT
104 / 185
|   Təbii qazdan istifadə zamanı təhlükəsizlik qaydalarına ciddi riayət edilməlidir.   |
BORCUNU ÖYRƏN
ƏN ÇOX VERİLƏN SUALLAR
ONLAYN ÖDƏNİŞ
   
Yeni abonent olmaq istəyirsinizmi?
   
Smart tipli sayğac koda düşdükdə nə etməli?

Səyyar ASAN xidmət davam edir.

2018-10-04

06 oktyabr 2018-ci il tarixindən etibarən Səyyar ASAN xidmət çərçivəsində “Azəriqaz” İstehsalat Birliyi tərəfindən 6 oktyabr – 3 noyabr Tovuzda, 6 -20 oktyabr Ağdam,Cəlilabadda, 6-25 oktyabr Hacıqabul rayonlarında səyyar formada xidmətlər həyata keçiriləcək. Xüsusi tərtibatla hazırlanmış səyyar avtobuslar vasitəsi ilə  abonentlərə tam şəkildə “ASAN Kommunal” standartlarına uyğun xidmət göstərilməsi təmin ediləcək. 

İstehlakçılar bu layihə çərçivəsində Müqavilələrin bağlanması, Sayğac zədələnməsinin araşdırılması üçün müraciətlərin qəbulu, Borc və ödəniş barədə arayışların verilməsi, Abonent məlumatlarında dəyişikliklərin edilməsi,Zədələnmiş sayğacla bağlı ödənişin qəbulu da daxil olmaqla ümumilikdə 20 növ xidmətdən yararlana bilərlər.

Səyyar ASAN xidmətin həyata keçirilməsində əsas məqsəd “Azəriqaz” İstehsalat Birliyi tərəfindən xidmətlərin daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, abonentlər üçün əlçatanlığın təmin edilməsi və istehlakçı məmnunluğuna nail olunmasıdır.

 










2016      All rights reserved