AZ |
ELEKTRON MÜRACİƏT
QAYNAR XƏTT
104 / 185
|   Təbii qazdan istifadə zamanı təhlükəsizlik qaydalarına ciddi riayət edilməlidir.   |
BORCUNU ÖYRƏN
ƏN ÇOX VERİLƏN SUALLAR
ONLAYN ÖDƏNİŞ
   
Yeni abonent olmaq istəyirsinizmi?
   
Smart tipli sayğac koda düşdükdə nə etməli?

Ağdam rayonunda məcburi köçkünlərin məskunlaşdığı yaşayış məntəqələrinə təbii qaz verildi.

2018-11-01

Məcburi köçkünlərin sosial problemlərinin həlli dövlətin sosial siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən edilib. Elə bu məqsədlə dövlət qayğısı ilə əhatə olunan məcburi köçkünlərin sosial problemlərinin həlli istiqamətində görülən işlər uğurla davam etdirilir. 

“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası istiqamətində SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən respublika ərazisində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması həmçinin uzun müddət təbii qaz almayan yaşayış məntəqələrinin yenidən mavi yanacaqla təmin edilməsi istiqamətində görülən məqsədyönlü tədbirlər nəticəsində  respublikanın qaz təchizatı şəbəkəsi genişləndirilir və müasirləşdirilir. 2018-ci il noyabrın 01-də Ağdam rayonunun  Mirzələr qış otlağı ərazisində və Ergi adlanan ərazidə salınmış qəsəbədə Laçın,Ağdam və Şuşa rayonlarından olan məcburi köçkünlərin məskunlaşdığı yaşayış məntəqələrinə təbii qazın verilməsi sakinlərin böyük sevincinə səbəb olmuşdur.

Bu məqsədlə keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak etmişlər. Bildirilmişdir ki, ümumilikdə 388 fərdi evdən ibarət  olan qəsəbələrin qazlaşdırılması üçün birpilləli sistem əsasında  ümumi uzunluğu 35 072 metr müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı, paylayıcı qaz xətləri çəkilmiş, hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılmışdır.

Tədbirdə çıxış edən qəsəbə sakinləri və ictimaiyyət nümayəndələri yaşayış məntəqələrinə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər. 

 










2016      All rights reserved