AZ |
ELEKTRON MÜRACİƏT
QAYNAR XƏTT
104 / 185
|   Təbii qazdan istifadə zamanı təhlükəsizlik qaydalarına ciddi riayət edilməlidir.   |
BORCUNU ÖYRƏN
ƏN ÇOX VERİLƏN SUALLAR
ONLAYN ÖDƏNİŞ
   
Yeni abonent olmaq istəyirsinizmi?
   
Smart tipli sayğac koda düşdükdə nə etməli?

Bakı şəhəri Xətai və Binəqədi rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

2018-11-20

Xətai rayonu Ağ şəhər ərazisində yeni çəkilmiş  diametri  400 mm-lik polietilen orta təzyiqli qaz xəttinin mövcud şəbəkəyə  birləşdirilməsi və Binəqədi rayonu Cavadxan və M.Kazımovski küçələrinin kəsişməsində ayrılan yeraltı diametri 159 mm-lik orta təzyiqli qaz kəmərində aşkar olunmuş qaz sızmasının aradan qaldırılması,həmçinin Zahid Qəmbərov küçəsində yeni çəkilmiş diametri 315 mm-lik polietilen qaz xəttinin mövcud şəbəkəyə qoşulması ilə əlaqədar, 20 noyabr 2018-ci il tarixdə  saat  1000-dan  təmir işləri tamamlananadək Xətai rayonu, Xocalı, Nobel, Babək prospektləri, UPD qəsəbəsi, Yusif Səfərov, Sabit Orucov, Fəzail Bayramov küçələrinin eləcə də Binəqədi rayonu 6, 7, 8 və 9-cu mikrorayonlarının, Rəsulzadə və Xutor qəsəbələrinin bir hissəsində  təbii qazın verilişində fasilələr yaranacaq.

Görülən zəruri təmir işlərinin Yeni Yasamal yaşayış massivi, Şərifzadə,Vasif Əliyev və Xıdır Mustafayev küçələrinin bir hissəsinin də qaz təchizatına təsir göstərməsi mümkündür.

Aparılan təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişində yaranacaq fasilə aradan qaldırılacaq. “Azəriqaz” İstehsalat Birliyi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.

 










2016      All rights reserved