AZ |
ELEKTRON MÜRACİƏT
QAYNAR XƏTT
104 / 185
|   Təbii qazdan istifadə zamanı təhlükəsizlik qaydalarına ciddi riayət edilməlidir.   |
BORCUNU ÖYRƏN
ƏN ÇOX VERİLƏN SUALLAR
ONLAYN ÖDƏNİŞ
   
Yeni abonent olmaq istəyirsinizmi?
   
Smart tipli sayğac koda düşdükdə nə etməli?

Masallı rayonunun iki kəndinə ilk dəfə təbii qaz verildi.

2018-11-21

“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın  icrası istiqamətində SOCAR-ın ''Azəriqaz'' İstehsalat Birliyi tərəfindən ölkənin hər yerində genişmiqyaslı tikinti-quraşdırma və təmir-bərpa işləri həyata keçirilir, ''mavi yanacaq''la təchiz olunmayan yaşayış massivlərinin qazlaşdırılması, qaz infrastrukturunun yenidən qurulması və inkişaf etdirilməsi üçün intensiv işlər görülür.Görülən işlərin nəticəsi olaraq 2018-ci il noyabrın 21-də Masallı rayonunun Tatyanoba və Güllütəpə kəndlərinə ilk dəfə təbii qazın verilməsi  sakinlərin böyük sevincinə səbəb olmuşdur. Bu məqsədlə keçirilən tədbirlərdə rayon İcra Hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak etmişlər.  Bildirilmişdir ki, ümumilikdə 784 fərdi evdən ibarət olan kəndlərin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu  5 804  metr müxtəlif diametrli polietilen və ümumi uzunluğu 37 072 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılmışdır.

Yeni qazlaşdırılan yaşayış sahələrində qaz şəbəkəsinin qurulmasında “bir pilləli” tənzimləmə sistemi tətbiq edilmişdir ki, bu da hər bir abonentin fərdi qaz tənzimləyicidən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradır.

Tədbirlərdə çıxış edən  ictimaiyyət nümayəndələri yaşayış məntəqələrinə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər. 

 










2016      All rights reserved