AZ |
ELEKTRON MÜRACİƏT
QAYNAR XƏTT
104 / 185
|   Təbii qazdan istifadə zamanı təhlükəsizlik qaydalarına ciddi riayət edilməlidir.   |
BORCUNU ÖYRƏN
ƏN ÇOX VERİLƏN SUALLAR
ONLAYN ÖDƏNİŞ
   
Yeni abonent olmaq istəyirsinizmi?
   
Smart tipli sayğac koda düşdükdə nə etməli?

“Azəriqaz” İB-də könüllü qanvermə aksiyası keçirilmişdir.

2018-11-28

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiqlənmiş ''Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı'' Dövlət Proqramının icrası ilə bağlı, həmçinin, Heydər Əliyev Fondunun "Talassemiyasız həyat naminə" proqramı çərçivəsində reallaşdırılan və azyaşlı uşaqlara yardım məqsədi daşıyan, minlərlə insan üçün həyati əhəmiyyət kəsb edən bu könüllü qanvermə aksiyasında “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları da yüksək fəallıqla iştirak ediblər. Müxtəlif qan xəstəliklərindən əziyyət çəkən insanlara kömək məqsədilə keçirilən tədbirdə qan vermək istəyən qaz təsərrüfatı işçilərini Bahadur Eyvazov adına Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankı tərəfindən ezam olunmuş xüsusi tibb briqadasının həkim-hemotoloqları müayinə etdikdən sonra qanvermə aksiyasına başlamışdır. Aksiya iştirakçıları qan xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün könüllü qan verməyin xeyirxah və savab iş olduğunu diqqətə çatdıraraq, bu kimi aksiyalarda yaxından iştirak etməyin vətəndaşlıq borcu olduğunu bildiriblər. Ümumilikdə xeyriyyə aksiyasında 390 nəfər könüllü qan verib. Qeyd edək ki, aksiya iştirakçılarından tədarük olunan qan və qandan hazırlanan preparatlar hemofiliyalı və talassemiyalı xəstələrin, eləcə də qana ehtiyacı olan insanların müalicəsində istifadə olunacaq.










2016      All rights reserved