AZ |
ELEKTRON MÜRACİƏT
QAYNAR XƏTT
104 / 185
|   Təbii qazdan istifadə zamanı təhlükəsizlik qaydalarına ciddi riayət edilməlidir.   |
BORCUNU ÖYRƏN
ƏN ÇOX VERİLƏN SUALLAR
ONLAYN ÖDƏNİŞ
   
Yeni abonent olmaq istəyirsinizmi?
   
Smart tipli sayğac koda düşdükdə nə etməli?

Suraxanı rayonu Yeni Günəşli qəsəbəsinin qaz təchizatında görülən işlər barədə.

2019-01-09

Azərbaycan Respublikası ərazisində istehlakçıların təhlükəsiz və dayanıqlı təbii qaz təchizatının təmin edilməsi məqsədi ilə qaz şəbəkəsinin yenidənqurulması, qaz təchizatının yaxşılaşdırılması ilə yanaşı yeni qaz kəmərlərinin çəkilməsi və yaşayış sahələrinin qazlaşdırılması “Azəriqaz” İstehsalat Birliyinin başlıca vəzifələrindən biridir.  

Bakı şəhərində, həmçinin şəhərətrafı kənd və qəsəbələrin daşıyıcı qaz kəmərlərinin yenidənqurulması,  mövcud qaz paylayıcı şəbəkələrin, küçə və dalanların qaz xətlərinin yenidənqurulması istiqamətdə işlərin icrası davam etdirilir. Abonentlərin keyfiyyətli və fasiləsiz təbii qazla təmin edilməsi məqsədi ilə  SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyində təxirəsalınmaz işlər həyata keçirilir və yarana biləcək problemlərin operativ həlli istiqamətində zəruri tədbirlər görülür. Paytaxtın qaz təchizatının yaxşılaşdırılması ilə əlaqədar aparılan əsaslı təmir-tikinti işləri çərçivəsində Suraxanı rayonunda da daşıyıcı qaz kəmərlərinin yenidənqurulması istiqamətində işlər davam etdirilir. Belə ki, ümumilikdə Yeni Günəşli qəsəbəsinin A, B və D yaşayış massivlərini, “kərpic zavod” adlanan ərazi, E.Bəkirli və S.Səfərov küçələrindəki istismara yararsız  daşıyıcı qaz kəmərlərinin əsaslı təmiri və yenidənqurulması məqsədi ilə diametri 110, 160, 250, 280 və 315 mm-lik  polietilen borularla 5300 metr qaz xəttinin çəkilməsi işlərinə başlanılmışdır. Hal hazırda qaz xəttinin 4900 metr hissəsi çəkilmiş, 22 ədəd qaz siyirtməsi quraşdırılmışdır. Yenidənqurma işlərinin qısa zamanda başa çatdırılması üçün müvafiq tədbirlər görülür. İşlər başa çatdırıldıqdan sonra qeyd olunan ərazidə yaşayan 18 minə yaxın təbii qaz  istehlakçılarının tələb olunan təzyiqdə, keyfiyyətli və fasiləsiz təbii qazla təminatı üçün əlavə imkan yaradılacaqdır. İstehlakçıların dayanıqlı təbii qazla təmin olunması üçün vacib məsələləri müəyyənləşdirən “Azəriqaz” İstehsalat Birliyi  istər Bakı şəhəri, istərsə də regionlarda qaz boru xətlərinin, avadanlıqların, ölçü və idarəetmə sistemlərinin işinin etibarlı təmin olunması üçün planlı surətdə profilaktik təmir və qulluq işlərini, həmçinin qaz şəbəkəsinin yenidənqurulması, qaz təchizatının bərpası ilə yanaşı, yeni qaz kəmərlərinin çəkilməsi və yaşayış sahələrinin qazlaşdırılması işlərini davam etdirir. 

 










2016      All rights reserved