AZ |
ELEKTRON MÜRACİƏT
QAYNAR XƏTT
104 / 185
|   Təbii qazdan istifadə zamanı təhlükəsizlik qaydalarına ciddi riayət edilməlidir.   |
BORCUNU ÖYRƏN
ƏN ÇOX VERİLƏN SUALLAR
ONLAYN ÖDƏNİŞ
   
Yeni abonent olmaq istəyirsinizmi?
   
SƏRBƏST GÜCLƏR
   
Smart tipli sayğac koda düşdükdə nə etməli?
   
Tikinti və istismara icazənin sadələşdirilməsi
   
Yeni qaz sayğaclarından istifadə qaydaları

Ötən il “Azəriqaz” İB tərəfindən 150 yaşayış məntəqəsinə təbii qaz verilmişdir.

2019-01-10

“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası məqsədi ilə “Azəriqaz” İstehsalat Birliyi tərəfindən təxirə salınmaz işlər həyata keçirilib. Belə ki, əhali istehlakçılarının mənzillərində istismar edilən istismar müddəti başa çatmış sayğaclar yenisi ilə əvəz olunması işləri aparılmış, yeni qaz kəmərləri çəkilib və istismara yararsız vəziyyətdə olan qaz avadanlıqları  yeniləri ilə əvəz edilmişdir. İstehlakçıların qaz təchizatının yaxşılaşdırılması, şəbəkənin qaz nəqletmə imkanlarının artırılması və yaşayış məntəqələrinin qazlaşdırılması üçün Birlik tərəfindən 2018-ci il ərzində 3192,7 km yeni qaz kəməri quraşdırılmış, qaz kəmərləri şəbəkəsinin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün isə 526,6 km qaz kəməri əsaslı təmir olunmuşdur. Ötən il ərzində aparılan tikinti-quraşdırma işləri nəticəsində Ağstafa, Ağcabədi, Astara, Ağdaş, Ağsu, İsmayıllı, İmişli, Bərdə, Tərtər, Tovuz, Zərdab, Zaqatala, Kürdəmir, Qax, Quba, Qəbələ, Qobustan, Qusar, Şabran, Siyəzən, Şəmkir, Şamaxı, Şəki, Göyçay, Göygöl, Goranboy, Gədəbəy, Oğuz, Ucar, Xaçmaz, Beyləqan, Bərdə, Daşkəsən, Yevlax, Yardımlı, Lerik, Lənkəran, Sabirabad, Saatlı, Salyan, Neftçala, Cəlilabad və Masallı rayonları üzrə  150  yaşayış məntəqəsi, Ağdam, Ağcabədi və Sabirabad rayonlarında məcburi köçkünlərin məskunlaşdığı 4 qəsəbə qazlaşdırılaraq təbii qazla təmin edilmişdir.










2019      All rights reserved