AZ |
ELEKTRON MÜRACİƏT
QAYNAR XƏTT
104 / 185
|   Təbii qazdan istifadə zamanı təhlükəsizlik qaydalarına ciddi riayət edilməlidir.   |
BORCUNU ÖYRƏN
ƏN ÇOX VERİLƏN SUALLAR
ONLAYN ÖDƏNİŞ
   
Yeni abonent olmaq istəyirsinizmi?
   
Smart tipli sayğac koda düşdükdə nə etməli?
   
Tikinti və istismara icazənin sadələşdirilməsi
   
Yeni qaz sayğaclarından istifadə qaydaları

“Azəriqaz” İstehsalat Birliyinin məlumatı

2019-01-15

“Azəriqaz” İstehsalat Birliyi il-ildən abonentlərini daha da məmnum etmək məqsədilə müxtəlif texniki tədbirlər həyata keçirir. Bu tədbirlərdən biri isə uzun müddət profilaktik xidmət göstərilməsi mümkün olmayan sayğaclara yerində texniki xidmət keçirilməsi olacaqdır ki, bu da gələcəkdə həmin abonentlərin fasiləsiz qazla təminatına zəmanət yaradacaqdır.

Qeyd edək ki, əksər yeni tikilən binalarda  qaz sayğacları  mənzillərin balkonunda quraşdırıldığından mənzillərə daxil olmaq və sayğaclara profilaktik yoxlama xidməti keçirmək zərurəti yaranır. Bəzi hallarda abonentlər mənzildə olmadıqda və ya nəzarətçinin mənzilə daxil olmasına şərait yaradılmadıqda sayğacların işçi vəziyyətinin yoxlanılması mümkün olmur, nəticədə gözlənilmədən sayğacda yaranan problem fərdi şəkildə qaz dayanmasına və abonentlərin şikayətinə səbəb ola bilər. 

Bütün bunları nəzərə alaraq, mənzil daxili qaz sayğaclarının işlək vəziyyətdə olması, sayğacların elektron hissəsinin, kart oxuyucularının, batareya səviyyəsinin, sayğaclarda olan proqram təminatının düzgün işləməsini yoxlamaq məqsədi ilə 01 fevral 2019-cu il tarixdən başlayaraq Birlik tərəfindən həmin sayğaclara profilaktik baxış keçirilməsi nəzərdə tutulmuşdur.

Bununla bağlı qaz istehlakçılardan “Azəriqaz” İB-nin işçisi olduğu haqda təsdiqedici vəsiqəsi  olan  mütəxəssislərimizin qaz sayğaclarına profilaktik xidmətin göstərməsi üçün şərait yaratmalarını xahiş edirik. 

 










2016      All rights reserved