AZ |
ELEKTRON MÜRACİƏT
QAYNAR XƏTT
104 / 185
|   Təbii qazdan istifadə zamanı təhlükəsizlik qaydalarına ciddi riayət edilməlidir.   |
BORCUNU ÖYRƏN
ƏN ÇOX VERİLƏN SUALLAR
ONLAYN ÖDƏNİŞ
   
Yeni abonent olmaq istəyirsinizmi?
   
Smart tipli sayğac koda düşdükdə nə etməli?
   
Tikinti və istismara icazənin sadələşdirilməsi
   
Yeni qaz sayğaclarından istifadə qaydaları

“Azəriqaz” İB-də yığıncaq keçirilmişdir.

2019-01-25

Bu gün Azəriqaz İB-də Biznes mühitinin əlverişliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması sahəsində bəzi tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin verilməsi ilə bağlı yığıncaq keçirilmişdir. 

Yığıncağı giriş sözü ilə açan Birliyin Baş direktorunun Əsaslı tikinti üzrə müavini Ramil İsgəndərov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 28 dekabr 2018-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Bəzi tikinti obyektlərinə tikintiyə icazə və tikinti obyektinin istismarına icazə verilməsi Qaydası” haqqında iştirakçılara məlumat verdi. Bildirdi ki, bu qaydaların əsas məqsədi tikinti niyyətinin həyata keçirilməsi ilə əlaqədar tikinti obyektinin sifarişçisi olan hüquqi və fiziki şəxslərin və aidiyyəti qurumların yerinə yetirməli olduqları ayrı-ayrı prosedurların xüsusiyyətlərini və müddətlərini təkmilləşdirmək və tikinti fəaliyyəti sahəsində daha əlverişli mühit yaratmaq, habelə səmərəli idarəçiliyin təşkilini təmin etməkdir.

Təbdirdə çıxış edən Birliyin Risklərin idarə olunması şöbəsinin rəisi Mikayıl Cəbrayılov “Bəzi tikinti obyektlərinə tikintiyə icazə və tikinti obyektinin istismarına icazə verilməsi Qaydası”na müvafiq hazırlanmış təqdimatı iştirakçıların diqqətinə çatdırdıqdan sonra yığıncaqda bu “Qayda”nın 3.7. bəndində göstərilən tikinti obyekti üçün mühəndis-kommunikasiya təminatı ilə bağlı texniki şərtlərin verilməsinə dair tələblərin yerinə yetirilməsi məqsədi ilə “Azəriqaz” İB-də işçi komissiyanın yaradılması qərara alındı.

M.Cəbrayılov Dünya Bankının “Doing Business 2019” hesabatında "Tikinti üçün icazə alınması” indikatoru üzrə Azərbaycanın mövqeyinin 100 pillə irəliləyərək 61-ci yerdə qərarlaşması, əvvəlki illərlə müqayisədə ləğv edilimiş prosedurlar və buna müvafiq azaldılmış günlər və xərclər barədə məlumat verdi. Eyni zamanda tədbirdə biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın təsdiq etdiyi “İcra və Kommunikasiya Plan”ının “Azəriqaz” İB-nə aidiyyatı olan bəndləri müzakirə edilərək, bununla bağlı mütəmadi olaraq maarifləndirmə işlərinin aparılması qərara alındı. Həmçinin qazlaşdırma istiqamətində lazım olan sənədlərin göstərilən vaxta yerinə yetirilməsi vacibliyi bir daha vurğulandı. 

 

 

 

 










2016      All rights reserved