AZ |
ELEKTRON MÜRACİƏT
QAYNAR XƏTT
104 / 185
|   Təbii qazdan istifadə zamanı təhlükəsizlik qaydalarına ciddi riayət edilməlidir.   |
BORCUNU ÖYRƏN
ƏN ÇOX VERİLƏN SUALLAR
ONLAYN ÖDƏNİŞ
   
Yeni abonent olmaq istəyirsinizmi?
   
Smart tipli sayğac koda düşdükdə nə etməli?
   
Tikinti və istismara icazənin sadələşdirilməsi
   
Yeni qaz sayğaclarından istifadə qaydaları

Sumqayıt şəhərində qaz kəmərləri yenidən qurulur.

2019-02-04

“Azəriqaz” İstehsalat Birliyi respublika ərazisində qaz təchizatının yaxşılaşdırılması, şəbəkənin qaz nəqletmə imkanın artırılması, əhalinin ''mavi yanacaq''la təhlükəsiz, itkisiz və keyfiyyətli təminatı məqsədi ilə aparılan işləri uğurla yerinə yetirir. Birliyin həyata keçirdiyi müvafiq proqrama əsasən, ölkənin qaz təchizatı sistemində mövcud olan problemlər intensiv surətdə aradan qaldırılır, qaz təsərrüfatının dinamik inkişafı istiqamətində fəaliyyəti davam etdirilir. Görülmüş işlərin nəticəsi olaraq,paytaxt Bakı ilə yanaşı Sumqayıt şəhərində də qaz kəmərləri yenidən qurulur. Belə ki, şəhərin 21-ci mikrorayon ərazisində, 76, 49 və 52-ci məhəllələrində, həmçinin Novxanı bağları adlanan ərazidə qaz kəmərləri yeniləri ilə əvəz olunması üçün layihə üzrə 24 700 metrə yaxın qaz kəmərinin çəkilməsi nəzərdə tutulmuşdur. Hal-hazırda qeyd olunan ərazilərdə 2500 metrə yaxın qaz kəməri çəkilmişdir. Bundan başqa şəhərdə həyətyanı sahələdə yerləşən qaz sayğaclarının da yeni çəkilmiş xətlərin üzərinə quraşdırılması işləri aparılır. 

Aparılan işlərin nəticəsində istehlakçılar normativ təzyiqlə, keyfiyyətli və fasiləsiz təbii qazla təmin olunurlar.

 










2016      All rights reserved