AZ |
ELEKTRON MÜRACİƏT
QAYNAR XƏTT
104 / 185
|   Təbii qazdan istifadə zamanı təhlükəsizlik qaydalarına ciddi riayət edilməlidir.   |
BORCUNU ÖYRƏN
ƏN ÇOX VERİLƏN SUALLAR
ONLAYN ÖDƏNİŞ
   
Yeni abonent olmaq istəyirsinizmi?
   
Smart tipli sayğac koda düşdükdə nə etməli?
   
Tikinti və istismara icazənin sadələşdirilməsi
   
Yeni qaz sayğaclarından istifadə qaydaları

“Azəriqaz” İB-də Gənclər günü münasibətilə yarışlar keçirilmişdir.

2019-02-04

Fevralın 4-də “Azəriqaz” İstehsalat Birliyində Gənclər Gününə həsr olunmuş stolüstü oyunlar (şahmat, nərq, dama) üzrə yarışların qaliblərinin  mükafatlandırılması məqsədi ilə tədbir keçirilib. Tədbirdə çıxış edən Birliyin Həmkarlar İttifaqı Komitəsinin sədri Ədalət Qurbanov yarışların əhəmiyyətindən danışaraq bildirib ki, belə yarışlar əməkdaşların idman bacarıqlarının üzə çıxarılması və dəstəklənməsinə xidmət edir. Ölkəmizin beynəlxalq əhəmiyyətli idman tədbirlərinə ev sahibliyi etdiyi bir vaxtda bunun kimi yarışlarda fəal iştirak etmək hər bir işçinin əsas vəzifələrindən biri olmalıdır. Ə.Qurbanov bu yarışların Birliyin işçiləri arasında dostluq münasibətlərinin möhkəmlənməsinə xidmət etdiyini qeyd etmişdir. 

Yarışlara fevralın 2-də start verilib və 36 iştirakçının mübarizə apardığı yarış (12 nəfər nərd, 12 nəfər şahmat, 12 nəfər dama) Olimpiya sistemi üzrə keçirilib. Yekun nəticəyə əsasən nərd yarışında qalib adını Emil Axundov qazanıb. Rüfət Əliyev ikinci, Elnur Ələkbərov üçüncü olublar. Şahmat yarışında ilk üç pillədə İlqar İsmayılov, Validə Orucova və Rəsul Məmmədov qərarlaşıblar. Dama yarışında isə Akif Nəzərov bütün rəqiblərini üstələyib. Əli Niyazov ikinci, Nicat Həsənov isə üçüncü olublar.

Tədbirin sonunda yarışlarda qalib olmuş işçilərə Fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim olunmuşdur.

 










2016      All rights reserved