AZ |
ELEKTRON MÜRACİƏT
QAYNAR XƏTT
104 / 185
|   Təbii qazdan istifadə zamanı təhlükəsizlik qaydalarına ciddi riayət edilməlidir.   |
BORCUNU ÖYRƏN
ƏN ÇOX VERİLƏN SUALLAR
ONLAYN ÖDƏNİŞ
   
Yeni abonent olmaq istəyirsinizmi?
   
Smart tipli sayğac koda düşdükdə nə etməli?
   
Tikinti və istismara icazənin sadələşdirilməsi
   
Yeni qaz sayğaclarından istifadə qaydaları

Binəqədi rayonunun qaz təsərrüfatında görülən işlər uğurla icra edilir.

2019-02-06

SOCAR-ın “Azəriqaz” İB tərəfindən qaz kəmərlərinin əsaslı təmiri istiqamətində Bakı şəhəri və şəhərətrafı yaşayış sahələrində də genişmiqyaslı işlər görülməkdədir. Bu gün paytaxt Bakının qaz şəbəkəsində aparılan təmir işləri beynəlxalq standartlar səviyyəsində həyata keçirilir. Binəqədi rayonunda da görülən işlər bu qəbildəndir. Rayonda istifadə müddətini başa vurmuş, həyətyanı sahələrdən keçən pərakəndə qaz xətlərinin təmir olunması uğurla davam etdirilir. 

Belə ki, rayonun 6 mikrorayon Zeytun bağları ərazisində yerləşən evlərin altından keçən orta təzyiqli qaz kəmərinin kənarlaşdırılması üçün 500 metrə yaxın 315 mm-lik polietilen qaz xəttinin çəkilişi, Biləcəri qəsəbəsində, Dəmiryolu stansiyasının çeşidləmə məntəqəsində müxtəlif diametrli 1000 metrdən artıq qaz kəmərinin əsaslı təmiri və rənglənməsi, Rəsulzadə qəsəbəsində İ.Hacıyev, A.Nemətulla, Hacıbababəyov və A.Hüseynov küçələrində müxtəlif diametrli 3200 metrə yaxın qaz xətlərinin təmiri, rənglənməsi, mövcud qaz sayğaclarının əvəz olunacaq qaz xətti üzərinə köçürülməsi və şkaf tipli qaz tənzimləyici məntəqələrin quraşdırılması, eyni zamanda, Binəqədi qəsəbəsi 2-ci mədən ərazisində qaz xətlərinin əsaslı təmiri işləri aparılmaqdadır. Artıq Rəsulzadə qəsəbəsindəki işlər başa çatmaq üzrədir, digər işlərin isə qısa zamanda başa çatdırılması üçün intensiv işlər aparılır. Bütün bu işlərlə yanaşı, rayonda 3000 qaz sayğacının həyətyanı sahələrdən kənara çıxarılması uğurla yerinə yetirilir.

Paytaxtın qaz şəbəkəsinin yenidənqurulması, istehlakçıların qaz təchizatının bərpası, həmçinin, yeni qaz kəmərlərinin çəkilməsi, təbii qazdan səmərəli istifadə edilməsi “Azəriqaz” İstehsalat Birliyinin başlıca vəzifələrindən biri olmuşdur və bu istiqamətdə işlərin icrası davam etdirilir.

 










2016      All rights reserved