AZ |
ELEKTRON MÜRACİƏT
QAYNAR XƏTT
104 / 185
|   Təbii qazdan istifadə zamanı təhlükəsizlik qaydalarına ciddi riayət edilməlidir.   |
BORCUNU ÖYRƏN
ƏN ÇOX VERİLƏN SUALLAR
ONLAYN ÖDƏNİŞ
   
Yeni abonent olmaq istəyirsinizmi?
   
Smart tipli sayğac koda düşdükdə nə etməli?
   
Tikinti və istismara icazənin sadələşdirilməsi
   
Yeni qaz sayğaclarından istifadə qaydaları

“Azəriqaz” İB-də Mülki Müdafiə Günü qeyd olunub

2019-03-01

Azərbaycanın üzv olduğu Beynəlxalq Mülki Müdafiə Təşkilatının təşəbbüsü ilə 1 mart – Ümumdünya Mülki Müdafiə Günü ilə bağlı hər il üzv dövlətlərin ərazisindəki müvafiq idarə və müəssisələrdə tədbirlər keçirilir. 

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İB-nin Bakı Regional Qazın Satışı Departementi və Layihə Konstruktor Bürosunda 1 mart – Ümumdünya Mülki Müdafiə Günü ilə əlaqədar “Fövqəladə hallarda davranış qaydalarına düzgün əməl edilməsi və təhlükəsizliyin təmini hər bir işçinin məsuliyyətinin tərkib hissəsidir” mövzusunda tədbir keçirilib. “Həyəcan siqnalı”nın verilməsi ilə başlanmış tədbirdə yanğın, qəza, fövqəladə hallar zamanı işçilərin binanı tərk etməsində funksional vəzifələrinin icrasına baxış keçirilib. Birliyin Bakı Regional Qazın Satışı Departamentinin rəisi Zehin Rəsulov bildirib ki, fövqəladə hallardan mühafizə sahəsində əhalinin hazırlığını təmin etmək mülki müdafiə orqanları qarsında duran əsas vəzifələrdəndir və fövqəladə halların qarşısının alınması istiqamətində biliklər daim təkmilləşdirilməlidir. Birliyin Mülki müdafiə qərargahının rəisi Eltəkin Qurbanov mülki müdafiə sisteminin işindən, bu sahədə həyata keçirilən tədbirlərdən söz açaraq  “Fövqəladə hallarda davranış qaydalarına düzgün əməl edilməsi və təhlükəsizliyin təmini hər bir işçinin məsuliyyətinin tərkib hissəsidir” mövzuzusunda geniş mühazirə oxunmuşdur.  Tədbirdə Məxfi rejim və hərbi səfərbərlik şöbəsinin böyük mühəndisi Nizami Abışov müvafiq mövzuda çıxış etdikdən sonra,mövzuya uyğun maarifləndirici video materiallar nümayiş etdirilmişdir. Adı çəkilən Departamentin inzibatı binasının I mərtəbəsinin foyesində fərdi mühafizə vasitələrinin və kimyəvi ölçü cihazlarının sərgisi təşkil edilmişdir. Təxliyyə zamanı işçilərdən zədə və xəsarət alan olmamışdır.

 










2016      All rights reserved