AZ |
ELEKTRON MÜRACİƏT
QAYNAR XƏTT
104 / 185
|   Təbii qazdan istifadə zamanı təhlükəsizlik qaydalarına ciddi riayət edilməlidir.   |
BORCUNU ÖYRƏN
ƏN ÇOX VERİLƏN SUALLAR
ONLAYN ÖDƏNİŞ
   
Yeni abonent olmaq istəyirsinizmi?
   
Smart tipli sayğac koda düşdükdə nə etməli?
   
Tikinti və istismara icazənin sadələşdirilməsi
   
Yeni qaz sayğaclarından istifadə qaydaları

Daşıyıcı qaz kəmərlərinin yenidənqurulması işləri uğurla icra edilir.

2019-03-06

Bakı şəhərinin, həmçinin şəhərətrafı qəsəbələrin daşıyıcı və paylayıcı qaz kəmərlərinin yenidən qurulması, kəmərlər üzərində quraşdırılmış avadanlıqların yeniləri ilə əvəz edilməsi, eləcə də hər bir istehlakçının mənzilinə müasir standartlara cavab verən yeni qaz sayğaclarının quraşdırılması istiqamətdə işlərin icrası davam etdirilir. Son zamanlar Respublikamızda aparılan quruculuq işləri bütün yaşayış məntəqələrində olduğu kimi Bakı şəhəri Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində də davam etməkdədir. Qəsəbədə yaradılan şərait nəticəsində yeni çoxmərtəbəli binaların və fərdi yaşayış evlərinin sayı durmadan artmaqda davam edir ki, bu da istehlakçıları təbii qazla təmin edən qaz kəmərlərinə normadan artıq qaz verilməsi zərurəti yaradır. Abonentlərin artan tələbatını nəzərə alaraq “Azəriqaz” İB tərəfindən qəsəbənin qaz təchizatı sisteminin təkmilləşdirilməsi üçün layihə tərtib edilmiş və həmin layihəyə uyğun olaraq, Qaraçuxur qəsəbəsində “Qaraçuxur” qazpaylayıcı stansiyasından başlayaraq 400 mm-lik polietilen boru ilə yeraltı daşıyıcı qaz kəmərinin çəkilişinə başlanılmışdır. Uzunluğu 1400 metr olacaq qaz kəməri Etibar Bəkirov, Yusif Eyvazov, Cəlal Qurbanov və Əhməd Mehbalıyev küçələrindən keçərək 1941-45 adlanan parkın sonunda mövcud şəbəkəyə birləşdiriləcəkdir.  Qeyd edək ki, bu kəmər həmin ərazidə istismarda olan və korroziyaya uğramış metal boru ilə çəkilmiş yeraltı qaz kəmərini əvəz edəcək. Hazırda həmin kəmərin 350 metrlik hissəsində işlər başa çatdırılmış, qalan hissənin çəkilməsi üçün isə torpağın qazılması və daşınması davam etdirilir. Onu da bildiririk ki, yeni qaz kəmərinin çəkilişi ilə əlaqədar qeyd olunan ərazinin qaz təchizatında heç bir məhdudiyyət yoxdur. Aparılan işlərin qısa zaman ərzində başa çatdırılması nəzərdə tutulub. Görülən  işlər nəticəsində Qaraçuxur və Yeni Günəşli qəsəbələrində ümumilikdə 15000-ə yaxın abonentin  fasiləsiz, keyfiyyətli və dayanıqlı təbii qazla təmin olunmasına zəmin yaradacaq. 

 










2016      All rights reserved