AZ |
ELEKTRON MÜRACİƏT
QAYNAR XƏTT
104 / 185
|   Təbii qazdan istifadə zamanı təhlükəsizlik qaydalarına ciddi riayət edilməlidir.   |
BORCUNU ÖYRƏN
ƏN ÇOX VERİLƏN SUALLAR
ONLAYN ÖDƏNİŞ
   
Yeni abonent olmaq istəyirsinizmi?
   
Smart tipli sayğac koda düşdükdə nə etməli?
   
Tikinti və istismara icazənin sadələşdirilməsi
   
Yeni qaz sayğaclarından istifadə qaydaları

Cari ilin yanvar-fevral ayları ərzində “Azəriqaz” İB tərəfindən 6 rayon üzrə 18 yaşayış məntəqəsində qazlaşdırma işlərinə başlanmışdır.

2019-03-12

“Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası məqsədi ilə “Azəriqaz” İstehsalat Birliyi tərəfindən təxirə salınmaz işlər həyata keçirilir. Belə ki, əhali istehlakçılarının mənzillərində istismar müddəti başa çatmış məişət qaz sayğacları yenisi ilə əvəz olunur, yeni qaz kəmərləri çəkilir və istismara yararsız vəziyyətdə olan qaz avadanlıqları  yeniləri ilə əvəz edilir. İstehlakçıların qaz təchizatının yaxşılaşdırılması, şəbəkənin qaz nəqletmə imkanlarının artırılması və yaşayış məntəqələrinin qazlaşdırılması üçün Birlik tərəfindən 2019-cu ilin yanvar-fevral ayları ərzində 81,7 km yeni qaz kəməri çəkilmiş, qaz kəmərləri şəbəkəsinin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün isə 53,7 km qaz kəməri əsaslı təmir olunmuşdur. Cari ildə Ağcabədi rayonu üzrə 1,Beyləqan rayonu üzrə 1, Gədəbəy rayonu üzrə 6, İsmayıllı rayonu üzrə 1, Ağsu rayonu üzrə 6 və Şamaxı rayonu üzrə isə 3 olmaqla ümumilikdə 18  yaşayış məntəqəsində qazlaşdırma işlərinə başlanılmışdır. 










2016      All rights reserved