AZ |
ELEKTRON MÜRACİƏT
QAYNAR XƏTT
104 / 185
|   Təbii qazdan istifadə zamanı təhlükəsizlik qaydalarına ciddi riayət edilməlidir.   |
BORCUNU ÖYRƏN
ƏN ÇOX VERİLƏN SUALLAR
ONLAYN ÖDƏNİŞ
   
Yeni abonent olmaq istəyirsinizmi?
   
Smart tipli sayğac koda düşdükdə nə etməli?
   
Tikinti və istismara icazənin sadələşdirilməsi
   
Yeni qaz sayğaclarından istifadə qaydaları

Bakı şəhəri Binəqədi və Nizami rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

2019-03-29

İstehlakçıların təhlükəsiz və dayanıqlı təbii qaz təchizatının təmin edilməsi məqsədilə Binəqədi rayonu, Bağ Park küçəsində və  Nizami rayonu, Ə.Kürçaylı küçəsi 5 ünvanında yeni çəkilmiş diametrləri 315 mm-lik polietilen orta təzyiqli yeraltı qaz xətlərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi, Ə.Kürçaylı və Şərifli küçələrinin kəsişməsində avtomobil yolunun yenidənqurulması ilə bağlı tikinti sahəsinə düşən diametri 273 mm-lik orta təzyiqli yeraltı qaz xəttinin əsaslı təmiri ilə əlaqədar, 29 mart 2019-cu il tarixdə  saat  1000-dan  təmir işləri tamamlananadək  Nizami rayonu Qara Qarayev, E.Süleymanov, B.Nuriyev, Naxçıvanski, Rüstəmov, A.Manafov, Nəvai küçələrində, həmçinin Binəqədi rayonu  6, 7, 8 və 9-cu mikrorayonlarının, eləcə də Rəsulzadə, Xutor və Biləcəri qəsəbələrinin bir hissəsində  təbii qazın verilişində fasilələr yaranacaq.

Görülən zəruri təmir  işləri gün ərzində  yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək. Yaranacaq məhdudiyyətlə bağlı “Azəriqaz” İstehsalat Birliyi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.

 










2016      All rights reserved