AZ |
ELEKTRON MÜRACİƏT
QAYNAR XƏTT
104 / 185
|   Təbii qazdan istifadə zamanı təhlükəsizlik qaydalarına ciddi riayət edilməlidir.   |
BORCUNU ÖYRƏN
ƏN ÇOX VERİLƏN SUALLAR
ONLAYN ÖDƏNİŞ
   
Yeni abonent olmaq istəyirsinizmi?
   
Smart tipli sayğac koda düşdükdə nə etməli?
   
Tikinti və istismara icazənin sadələşdirilməsi
   
Yeni qaz sayğaclarından istifadə qaydaları

“Azəriqaz” İB-nin baş direktoru şimal bölgəsindən olan vətəndaşların müraciətlərini dinləyib

2019-04-11

Aprelin 11-də SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin Baş direktoru Əkbər Hacıyev Xaçmaz şəhərində şimal bölgəsindən olan vətəndaşları qəbul edib.

Xaçmaz Regional Qaz İstismar İdarəsinin inzibati binasında keçirilən qəbul zamanı Xaçmaz, Siyəzən, Şabran və Xızı rayon sakinlərinin müraciətlərinə baxılıb.

Vətəndaşların müraciətlərinin əksəriyyəti yaşayış məntəqələrinin qazlaşdırılması, işə qəbul, qaz xətlərinin yerinin dəyişdirilməsi və müxtəlif məsələlərlə bağlı olub.

“Azəriqaz” İstehsalat Birliyinin Baş direktoru Əkbər Hacıyev hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verib.

Vətəndaşların qəbul zamanı qaldırdıqları məsələlərin bir qismi yerindəcə həll olunub. Birliyin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə müvafiq orqanlara çatdırılmaq üçün qeydiyyata alınıb və nəzarətə götürülüb.










2016      All rights reserved