AZ |
ELEKTRON MÜRACİƏT
QAYNAR XƏTT
104 / 185
|   Təbii qazdan istifadə zamanı təhlükəsizlik qaydalarına ciddi riayət edilməlidir.   |
BORCUNU ÖYRƏN
ƏN ÇOX VERİLƏN SUALLAR
ONLAYN ÖDƏNİŞ
   
Yeni abonent olmaq istəyirsinizmi?
   
SƏRBƏST GÜCLƏR
   
Smart tipli sayğac koda düşdükdə nə etməli?
   
Tikinti və istismara icazənin sadələşdirilməsi
   
Yeni qaz sayğaclarından istifadə qaydaları

Tovuzun Yuxarı Öysüzlü kəndində yeni massiv qazlaşdırılır.

2019-06-11

Dövlət başçısının müvafiq sərəncamları ilə qəbul olunan “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq bu gün ölkəmizin ən ucqar ərazilərinə belə qaz xətti çəkilir, əhalinin mavi yanacaqdan istifadəsi üçün lazım olan bütün gərəkli addımlar atılır. Respublikanın bütün yaşayış məntəqələrində olduğu kimi Tovuz rayonu da inkişaf etməkdədir. Burada yaradılan şərait nəticəsində mənzillərin sayı durmadan artmaqda davam edir və yeni yaşayış massivləri salınır.Cari ilin qazlaşdırma proqramında qazlaşdırılmış yaşayış məntəqələrinin genişlənən hissələrindəki yeni massivlərin qazlaşdırılması əsas yer tutur ki,aparılan işlər çərçivəsində hazırda Tovuzun Yuxarı Öysüzlü kəndində yeni massivin qazlaşdırılması uğurla icra edilir.Tərtib edilmiş layihəyə uyğun olaraq,yeni massivin mavi yanacaqla təmin olunması məqsədi ilə ümumi uzunluğu 13 min 200 metr  müxtəlif diametrli daşıyıcı və paylayıcı qaz xətlərinin çəkilməsi və 104 evdə sayğac eləcə də fərdi tənzimləyici quraşdırılması nəzərdə tutulur. Yeni qazlaşdırılan yaşayış sahələrində qaz şəbəkəsinin qurulmasında “bir pilləli” tənzimləmə sistemi tətbiq edilir ki, bu da hər bir abonentin fərdi qaz tənzimləyicidən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradır. Artıq görüləcək işlərin 80 faizi yerinə yetirilib, tezliklə ərazinin qazlaşdırılması tam yekunlaşacaq.Qeyd olunan yaşayış məntəqəsinə təbii qazın çəkilişi əhalinin sosial rifahının yaxşılaşdırılmasına və ekologiyanın qorunmasına xidmət edəcək. 










2019      All rights reserved