AZ |
ELEKTRON MÜRACİƏT
QAYNAR XƏTT
104 / 185
|   Təbii qazdan istifadə zamanı təhlükəsizlik qaydalarına ciddi riayət edilməlidir.   |
BORCUNU ÖYRƏN
ƏN ÇOX VERİLƏN SUALLAR
ONLAYN ÖDƏNİŞ
   
Yeni abonent olmaq istəyirsinizmi?
   
Smart tipli sayğac koda düşdükdə nə etməli?
   
Tikinti və istismara icazənin sadələşdirilməsi
   
Yeni qaz sayğaclarından istifadə qaydaları

Gəncə Regional Qaz İstismar İdarəsi nümunəvi təşkilatlar sırasındadır.

2019-06-19

Ölkəmizdə “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)” devizi ilə 2018-ci ildə keçirilən respublika müsabiqəsi üzrə ən yaxşı nəticə göstərən müəssisələr müəyyən edilib. Həmin müəssisələr içərisində “Azəriqaz” İstehsalat Birliyinin Gəncə Regional Qaz İstismar İdarəsində qalib gəlib.

Məhz iyunun 19-da Gəncə Regional Qaz İstismar İdarəsinin inzibati binasında idarənin “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)” respublika müsabiqəsinin qalibi olması münasibəti ilə tədbir keçirilib. Tədbirdə “Azəriqaz” İB-nin Həmkarlar İttifaqı Komitəsinin sədri Ədalət Qurbanov, Gəncə İcra Hakimiyyəti yanında Gəncə şəhər dövlət həmkarlar komitəsinin sədri Ülviyyə Vəliyeva, Gəncə Regional Qaz İstismar İdarəsinin rəisi Fariz Məmmədov və idarənin əməkdaşları iştirak ediblər.

Tədbirdə çıxış edən “Azəriqaz” İB-nin HİK sədri Ə.Qurbanov bildirib ki, belə mövzuda müsabiqənin keçirilməsi Azərbaycanın bugünkü sosial-iqtisadi həyatı üçün aktuallıq kəsb edir. Çünki bu gün dinamik inkişaf dövrünü yaşayan Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə iqtisadiyyatının şaxələndirilməsi, qeyri-neft sektorunun inkişaf etdirilməsi, yeni müəssisələrin yaradılması, məşğulluğun artırılması ilə bağlı ardıcıl siyasət həyata keçirilir. Bu mənada sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması da günün ən vacib məsələlərindən biri kimi qarşıda duran vəzifədir. 

Ə.Qurbanov qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin prioritet istiqamətlərindən biri məhz sosial-iqtisadi inkişafın və onun davamlılığının təmin olunmasıdır. Bu məqsədlə son illər iqtisadiyyatın dinamikliyinin, xüsusilə də regionların tarazlaşdırılmış inkişafının təmin olunması üçün genişmiqyaslı işlər görülüb. İnvestisiya mühiti yaxşılaşdırılıb, yeni müəssisələr yaradılıb, iş yerləri açılıb. Beləliklə də Azərbaycan əhalisinin məşğulluğunun artırılması üçün lazımi tədbirlər görülüb. Bu tədbirlər çərçivəsində yeni sənaye müəssisələri açılır, son 16 il ərzində ölkəmizdə iş yerlərinin açılmasına böyük diqqət yetirilir. Bu müddət ərzində 2 milyondan artıq iş yeri açılıb. Bu iş yerlərində də əsasən yeni texnologiyaların tətbiqi sahəsində yüksək ixtisasa malik Azərbaycan mütəxəssisləri çalışırlar. Ə.Qurbanov AHİK-in müsabiqə komissiyası tərəfindən 218-dən çox müəssisə arasından 20 sahə həmkarlar ittifaqını təmsil edən 48 müəssisə, təşkilat, sex və sahənin namizədliyini İcraiyyə Komitəsinin müzakirəsinə çıxarıb, yüksək göstəricilərə nail olduğuna görə qalib elan olunduğunu bildirib. 

Tədbirdə çıxış edən Gəncə İcra Hakimiyyəti yanında Gəncə şəhər dövlət həmkarlar komitəsinin sədri Ülviyyə Vəliyeva bildirib ki, bu gün ölkəmizdə çalışan mütəxəssislər içərisində gənclərin də nisbi çəkisi artır. Beləliklə, həm ali təhsilli, həm peşəyönümlü təhsil müəssisələrində biliklər əldə edən Azərbaycan gəncləri bu gün müxtəlif müəssisələrdə uğurla çalışmaqdadırlar. Azərbaycanda bu sahədə həyata keçirilən genişmiqyaslı islahatlar, o cümlədən nəhəng beynəlxalq layihələr istər nəqliyyat, istər energetika, istərsə də kənd təsərrüfatı sahələrində görülən işlər, ilk növbədə, yeni iş yerlərinin açılmasına, əhalinin məşğulluğunun artırılmasına, onların sosial müdafiəsinin yaxşılaşdırılmasına xidmət edir. 

Bu baxımdan həmin iş yerlərində təbii ki, sağlam, təhlükəsiz əmək şəraitinin təmin olunması mühüm əhəmiyyətə malikdir. Bu istiqamətdə geniş işlər görülür. Burada həm müəssisə rəhbərinin, həm də müəssisədə fəaliyyət göstərən həmkarlar təşkilatının üzərinə məsuliyyət düşür. Müəssisələrdə ölüm, xəsarət hallarının qarşısının alınması üçün kompleks tədbirlər görülməlidir. Təbii ki, maarifləndirmə işlərinin aparılması əsas istiqamətlərdən birini təşkil edir. Həmçinin müxtəlif stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi müsbət nəticələr verə bilər.

Tədbirdə, Gəncə RQİİ-ın rəisi Fariz Məmmədov çıxış edərək ölkəmizdə sağlam və təhlükəsiz iş şəraitinin yaradılması istiqamətində görülən işlərdən danışıb. Qeyd edib ki, əhalinin məşğulluğunun təmin edilməsi, layiqli iş yerlərinin yaradılması, qeyri-rəsmi məşğulluğun aradan qaldırılması, dayanıqlı, etibarlı və sosial müdafiə sisteminin qurulması Prezident İlham Əliyev tərəfindən həyata keçirilən sosial-iqtisadi siyasətin prioritet istiqamətlərindən biridir. Bu sahədə ötən dövr ərzində çox ciddi işlər görülüb. Bir sıra strategiyalar, proqramlar həyata keçirilib və hazırda bu proses davam etdirilir.

Diqqətə çatdırıb ki, əməyin mühafizəsi, sağlam və təhlükəsiz iş şəraitinin yaradılması mühüm əmək normasıdır. Azərbaycanda qanunvericilik aktlarında sağlam və təhlükəsiz iş şəraiti ilə bağlı müddəalar mövcuddur. Görülən işlər nəticəsində istehsalatda bədbəxt hadisələrin azalması istiqamətində müsbət dinamika müşahidə olunur.

Sonda İdarənin qalib olması münasibəti ilə verilən fəxri fərman və qiymətli hədiyyə idarənin rəisi Fariz Məmmədova təqdim edilib. Xatirə şəkili çəkdirilib.

 










2016      All rights reserved